Icma.az
close
up
RU
Kənd təsərrüfatı sahəsində acınacaqlı vəziyyət yaranıb: xaricdən gətirilən ət, süd, yağ kəskin artıb

Kənd təsərrüfatı sahəsində acınacaqlı vəziyyət yaranıb: xaricdən gətirilən ət, süd, yağ kəskin artıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd təsərrüfatı sahəsilə bağlı statistik rəqəmlər ölkənin gələcəyi və ərzaq təhlükəsizliyi baxımından ciddi narahatlığa əsas verir. Əsas kənd təsərrüfatı məhsulları olan ət, süd, kərə yağı, buğdanın xaricdən idxalı ilbəil kəskin artır.

Bizimyol.info xəbər verir ki, Azərbaycan bu ilin 11 ayında xaricdən 442,4 milyon dollar dəyərində ət, süd, kərə yağı və kəsim üçün diri heyvanlar idxal ediv. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirir ki, son 3 ildə xaricdən ət, süd, kərə yağı və kəsim üçün diri heyvan almaq məqsədilə ölkədən çıxarılan valyutanın məbləği 53 faiz artıb. Bu isə o deməkdir ki, strateji əhəmiyyət kəsb edən kənd təsərrüfatı sahəsində vəziyyət ilbəil pisləşir. Mütəxəssislər hesab edir ki, bu cür davam edərsə, ölkəni olduqca çətin günlər gözləyir.

Vahid Məhərrəmov

“Çörəyi belə, idxaldan asılı vəziyyətə gətiriblər. Buğda, süd, ət, diri heyvan idxalının artması gələcək çətin günlərin siqnalıdır. Bu məhsulların idxalı üçün ölkədən böyük həcmdə valyuta çıxır. Ölkənin valyuta gəlirləri aşağı düşəndə vəziyyət ağır olacaq. Nəzərə almaq lazımdır ki, neft hasilatı da azalır, neftin qiyməti aşağı düşür”, - deyə Vahid Məhərrəmli bildirib.

Ekspert hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində vəziyyətin getdikcə pisləşməsi hökumətin bu sahəyə biganə münasibətindən irəli gəlir. Onun fikrincə, bu sahənin nə dərəcədə vacib olduğunu yetərincə bilmirlər:

“Sanki bu sahənin mahiyyətini dərk etmirlər. Diqqət yetirəndə görürük ki, bu sahəyə rəhbərlik edənlər – nazir, onun müavinləri arasında bir nəfər də bu sahənin mütəxəssisi - peşəkar aqronom, zootexnik, baytar yoxdur. Rəhbərliyin bitkiçilikdən, heyvandarlıqdan anlayışı olmalıdır ki, aqrar siyasəti müəyyən edəndə doğru qərarlar verə bilsinlər. Xaricdə təhsil almaqla, ingilisdilli olmaqla iş bitmir. Peşəkarlar kənarda qalıb, qeyri-peşəkarlar cəlb olunanda əlbəttə ki, kənd təsərrüfatı sahəsində vəziyyətdə də pisləşəcək. Araşdırmalarımız göstərir ki, xarici ölkələrdə, kənd təsərrüfatının inkişaf etdiyi əksər yerlərdə nazir, yaxud onun müavinləri məhz bu sahənin adamı olur. Kənd təsərrüfatı nazirliyində kadr islahatları aparılmalı, peşəkar, təcrübəli kadrlardan ibarət güclü komanda yaradılmalıdır”.

Vahid Məhərrəmli əlavə edir ki, kənd təsərrüfatında ciddi təsərrüfatsızlıq hökm sürdüyünə görə torpaqlar sürətlə deqradasiyaya uğrayır, məhsuldarlıq aşağı düşür, məhsulun maya dəyəri artır, kəndlilərin gəlirləri azalır.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri