Icma.az
close
up
RU
Kənd təsərrüfatı torpaqları ilə bağlı nələr dəyişdi?

Kənd təsərrüfatı torpaqları ilə bağlı nələr dəyişdi?

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları" təsdiqlənib. Bəs bundan sonra kənd təsərrüfatı təyinatlı torpaqlarda tövlə, hin və bu kimi tikililərin inşa edilməsinə icazə verilməyəcək?

Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, hazırkı fərman kənd təsərrüfatı sahəsində islahatların və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlıdır.

Ekspertin sözlərinə görə, son illərdə kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı bir sıra dəyişikliklər və normativ addımlar atılıb:

“Məsələn, 2014-cü ilin oktyabr ayında ölkədə torpaq təyinatlarının və kateqoriyalarının dəyişdirilməsi ilə bağlı fərman imzalanmışdı. Həmin fərmana əsasən, vətəndaşların mülkiyyətində olan torpaqların təyinatı və onların məqsədli istifadəsi üzrə ilkin addımlar atılmışdı. Sonrakı dövrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda 5 hektardan artıq hissədə ümumi sahənin 1%-i qədərində tikinti işlərinin aparılmasına icazə verilməsi ilə bağlı normativ dəyişikliklər edildi. Ən son dəyişiklik isə bu ilin 5 dekabr tarixində qəbul edildi. Əvvəllər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri qanunla məhdudlaşdırılırdı. Hətta istixana və ya ferma inşa etmək üçün belə təyinatın dəyişdirilməsinə və ya xüsusi icazələrin alınmasına ehtiyac yaranırdı”.

E.Azadov qeyd edib ki, yeni mexanizmə əsasən, torpağın kənd təsərrüfatı təyinatı saxlanılmaqla, müvafiq icazələr alındıqdan sonra 300 kvadrat metrə qədər yüngül konstruksiyalı və müvəqqəti tikililərin layihələndirilməsi və təsdiqindən sonra inşasına icazə verilir:

“Yəni əgər 2014-cü ilin oktyabrına qədər hər hansı tikinti üçün mütləq təyinatın dəyişdirilməsi tələb olunurdusa və vətəndaşlar bəzən qanunsuz tikililərə əl atırdısa, indi bunun qarşısını alan hüquqi mexanizm mövcuddur. Bundan əlavə, 2023-cü ilin iyuluna kimi qəbul olunan digər fərmanla ölkədə inşa olunmuş qeyri-yaşayış sahələrinin, o cümlədən kənd təsərrüfatı torpaqlarında inşa edilmiş fermaların, istixanaların, sənaye və istehsal obyektlərinin qeydiyyata alınması və leqallaşdırılması prosesi tənzimlənib. Daha sonra, 2024-cü ildə təyinatların və torpaq kateqoriyalarının dəyişdirilməsi ilə bağlı növbəti fərman qüvvəyə minib. İndi isə yeni fərmana əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti konstruksiya elementlərinin istixanaların, fermer təsərrüfatlarının, avadanlıq və qurğuların, kənd təsərrüfatı məhsullarının saxlanılması və emalı üçün sahələrin, eləcə də işçi personal üçün müvəqqəti yaşayış tikililərinin müəyyən layihə və şəhərsalma normalarına uyğun şəkildə inşasına qanunla icazə veriləcək”.

Əmlak ekspertinin sözlərinə görə, ölkədə kənd təsərrüfatı təyinatlı torpaqlarda aparılan islahatlar baxımından müsbət addımdır və ümumilikdə sektorun inkişafı üçün leqallaşma prosesini genişləndirir:

“Keçmişdə fermerlər və ya kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər torpağı icarəyə götürərkən və ya alarkən kommunikasiya xətlərinin çəkilməsi, icazələrin alınması və digər texniki məsələlərlə bağlı hüquqi mexanizmlər olmadığı üçün çox vaxt bu işləri qanunsuz şəkildə həyata keçirməyə məcbur qalırdılar və ya ümumiyyətlə apara bilmirdilər. Gözlənilir ki, bu fərmanların tətbiqi gələcəkdə kənd təsərrüfatı təyinatlı torpaqlarda daha geniş islahatlara yol açacaq və sektorun inkişafı üçün əlverişli şərait formalaşdıracaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri