Icma.az
close
up
RU
“Kənd təsərrüfatında artım regionların dirçəlişi deməkdir” DEPUTAT DANIŞDI

“Kənd təsərrüfatında artım regionların dirçəlişi deməkdir” DEPUTAT DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Bu gün Azərbaycanın aqrar sektoru mühüm inkişaf mərhələsindədir və son illərdə əldə olunan nəticələr bu sahədə ciddi irəliləyişlərin baş verdiyini göstərir”. Bu sözləri SİA- ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev bildirib.

Komitə sədrinin sözlərinə görə, keçən illərlə müqayisədə pambıqçılıq, taxılçılıq, heyvandarlıq və digər əsas kənd təsərrüfatı sahələrində artım müşahidə olunur: “Bu inkişaf həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, həm də regionlarda yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyət kəsb edir. Eyni zamanda kənd əhalisinin öz doğma yurdlarında məskunlaşması və onların maddi rifahının yüksəlməsi üçün də mühüm zəmin formalaşdırır.

Ölkə rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin aqrar sektorun inkişafına göstərdiyi davamlı diqqət bu sahədə həyata keçirilən sistemli islahatlarda öz əksini tapır. Yeni icra başçıları ilə keçirilən görüşlər zamanı dövlət başçısı tərəfindən aqrar sahənin inkişafında əsas prioritetlər müəyyən olunmuş, kənd əhalisinin yaşayış yerlərini tərk etməməsi və kənd təsərrüfatına marağın artırılması üçün sitimullaşdırıcı tədbirlərin vacibliyi vurğulanmışdır. Bu yanaşma kəndin sosial-iqtisadi inkişafına xidmət etməklə birbaşa olaraq əhalinin rifah səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.

Son illərdə kənd infrastrukturu sahəsində də əhəmiyyətli dəyişikliklər baş vermişdir. Kənd yollarının bərpası, qazlaşdırma səviyyəsinin yüksəldilməsi, elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması kənd yerlərində yaşam və əmək şəraitini xeyli dərəcədə müasirləşdirmişdir. Bununla belə, kənd təsərrüfatı fəaliyyətinin iqlim dəyişiklikləri, təbii fəlakətlər və qlobal geosiyasi proseslərdən asılılığı müəyyən çətinliklər yaradır. Havaların qeyri-sabit keçməsi, quraqlıqlar və digər mənfi amillər məhsuldarlığa təsir göstərsə də, dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər bu təsirlərin minimuma endirilməsinə xidmət edir.

Aqrar sektorun dayanıqlı inkişafı üçün elmi-texniki yeniliklərin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Müasir texnologiyaların istifadəsi, innovativ suvarma üsulları, mineral və üzvi gübrələrdən səmərəli yararlanma, eləcə də peşəkar kadr hazırlığının gücləndirilməsi bu sahədə məhsuldarlığın artırılmasına şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər uzunmüddətli perspektivdə daha yüksək nəticələrin əldə olunmasına imkan verəcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri də ölkənin aqrar potensialının genişlənməsinə töhfə verir. Xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində genişmiqyaslı meliorasiya işləri aparılır, torpaqlar minalardan təmizlənir və əkin dövriyyəsinə daxil edilir. Zəngilan rayonunun Xacalı kəndində torpaqların icarəyə verilməsi nəticəsində müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi artıq reallığa çevrilmişdir.

Münbit torpaq sahələrinin kənd təsərrüfatına cəlb olunması yaxın illərdə məhsul istehsalının artmasına və ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələrin verilməsinə şərait yaradacaqdır. Bu ərazilərdə formalaşdırılan yeni aqrar mühit həm regionların dirçəlişi, həm də kənd təsərrüfatının strateji inkişafı baxımından böyük önəm daşıyır”.

Müəllif: Günay Hacıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri