Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Kənd təsərrüfatında yeni hədəflər və inkişaf perspektivləri

Kənd təsərrüfatında yeni hədəflər və inkişaf perspektivləri

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxış ölkənin aqrar sektorunun gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm proqram xarakterli mesajlarla yadda qaldı. Dövlət başçısının səsləndirdiyi fikirlər kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatındakı strateji rolunu bir daha təsdiqlədi, bu sahənin dayanıqlı inkişafı üçün həyata keçirilən tədbirlərin nəticələrini və qarşıda duran vəzifələri əhatə etdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən siyasət çərçivəsində kənd təsərrüfatı xüsusi diqqət mərkəzində saxlanılıb. Dövlət tərəfindən fermerlərə göstərilən dəstək tədbirləri, subsidiyalar, güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə təqdim olunması və meliorasiya layihələrinin həyata keçirilməsi aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Bu siyasət nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı artıb, kənd yerlərində məşğulluq səviyyəsi yüksəlib, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi irəliləyişlər əldə edilib.

Müşavirədə vurğulanıb ki, müasir dövrdə kənd təsərrüfatının inkişafı yalnız istehsalın artırılması ilə məhdudlaşmamalıdır. Aqrar sahədə innovativ texnologiyaların tətbiqi, rəqəmsallaşma prosesinin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Dövlət başçısı xüsusilə iqlim dəyişikliklərinin yaratdığı çağırışlara diqqət çəkərək su resurslarının qorunmasının və müasir suvarma sistemlərinin tətbiqinin vacibliyini qeyd edib.

Cənab Prezident bildirib ki, Azərbaycanın kənd təsərrüfatı potensialı olduqca böyükdür və bu potensialın tam reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Son illərdə həyata keçirilən torpaq islahatları, aqroparkların yaradılması, yeni emal müəssisələrinin istifadəyə verilməsi və ixrac imkanlarının genişləndirilməsi bu sahənin inkişafına mühüm töhfə verir. Aqroparklar müasir texnologiyaların tətbiq olunduğu, yüksək məhsuldarlığın əldə edildiyi və minlərlə insanın məşğulluğunu təmin edən mühüm iqtisadi subyektlərə çevrilib.

Müşavirədə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf perspektivləri də geniş müzakirə olunub. Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun münbit torpaq ehtiyatlarına malik olduğunu vurğulayaraq həmin ərazilərin ölkənin aqrar inkişafında mühüm rol oynayacağını bildirib. Hazırda azad edilmiş torpaqlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yollar çəkilir, elektrik və su təsərrüfatı sistemləri qurulur. Bu tədbirlər gələcəkdə həmin bölgələrin müasir kənd təsərrüfatı mərkəzlərinə çevrilməsinə zəmin yaradır.

Dövlət başçısı çıxışında fermerlərin sosial rifahının yüksəldilməsi məsələsinə də xüsusi diqqət ayırıb. Bildirib ki, kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Kənd yerlərində yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının bazarlara çıxış imkanlarının genişləndirilməsi və logistika sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu yanaşma kənd yerlərinin sosial-iqtisadi inkişafına və əhalinin gəlirlərinin artmasına xidmət edir.

CənabPrezident kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılmasının vacibliyini də qeyd edib. Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi, keyfiyyət standartlarının təkmilləşdirilməsi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi ölkənin iqtisadi inkişaf strategiyasının mühüm hissəsidir. Bu məqsədlə dövlət tərəfindən ixracın təşviqi mexanizmləri tətbiq olunur, istehsalçılara müxtəlif dəstək proqramları təqdim edilir.

Müşavirədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının qarşısında konkret tapşırıqlar qoyulub. Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılmalı, mövcud problemlər operativ şəkildə həll edilməli, fermerlərin müraciətləri həssaslıqla araşdırılmalıdır. Dövlət qurumları ilə fermerlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, şəffaflığın təmin olunması və idarəetmənin təkmilləşdirilməsi qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Ümumilikdə, Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı Azərbaycanın aqrar sektorunun inkişafına verilən yüksək əhəmiyyətin bariz nümunəsidir. Səsləndirilən fikirlər və müəyyənləşdirilən hədəflər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına və kənd əhalisinin rifahının daha da yüksəldilməsinə xidmət edir. Dövlətin ardıcıl dəstəyi və həyata keçirilən islahatlar nəticəsində Azərbaycan kənd təsərrüfatının qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına ciddi əsaslar mövcuddur.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri