Icma.az
close
up
RU
Kənd təsərrüfatının modernləşdirilməsinin həyata keçirildiyi “Ağsu Aqropark”dan REPORTAJ

Kənd təsərrüfatının modernləşdirilməsinin həyata keçirildiyi “Ağsu Aqropark”dan REPORTAJ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağsu, 8 aprel, Rəşad Türkoğlu, AZƏRTAC

Azərbaycanda kənd təsərrüfatının modernləşdirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr arasında “Ağsu Aqropark” QSC özünü fərqləndirən təsərrüfat nümunəsidir. Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin iştirakı ilə “Ağsu Aqropark”a mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə aqroparkın fəaliyyəti barədə ətraflı məlumat verən “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev bildirib ki, təsərrüfat 2018-ci ildən fəaliyyət göstərir və bu müddət ərzində həm bitkiçilik, həm də heyvandarlıq sahəsində mühüm nailiyyətlər əldə olunub.

“Ağsu Aqropark” 1843 hektar ərazidə fəaliyyət göstərir. Cari ildə 600 hektarda buğda, 600 hektarda arpa, 400 hektarda qarğıdalı, 200 hektarda isə yonca əkilib. Biz burada müasir əkin texnologiyalarını tətbiq etməklə məhsuldarlığı maksimuma çatdırmağa çalışırıq. Aqroparkın suvarma sistemi də dünya təcrübəsinə əsaslanır. Hal-hazırda aqroparkın 1500 hektardan çox ərazisində pivotaltı suvarma sistemi quraşdırılıb. Bu texnologiya torpağın su ehtiyacını optimal şəkildə ödəməklə məhsulun keyfiyyətinin və davamlılığının artmasına imkan yaradır. Aqroparkın ən mühüm sahələrindən biri isə heyvandarlıqdır. Burada hazırda 2200-dən çox iribuynuzlu heyvan bəslənir. Onların əksəriyyəti Avstriya və Almaniyadan gətirilmiş “Simmental” cinsinə aiddir. Mütəxəssislərin sözlərinə görə, bu cins süd məhsuldarlığı baxımından digər yerli cinslərdən xeyli üstünlüyə malikdir. Bir inək gündə orta hesabla 26 litr süd verir. İl ərzində ümumi süd istehsalımız 4 milyon litrə yaxındır. İndiyədək ümumilikdə 15 milyon litrdən çox süd istehsal etmişik”, - deyə “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev bildirib.

2024-cü ildə aqroparkda 360 ton ət istehsal olunub. Bu nəticələr göstərir ki, aqropark həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə qadirdir.

Mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandıran İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib ki, aqroparklar kənd təsərrüfatında müasir yanaşmaların tətbiqini təmin edən əsas platformalardan biridir: “Aqroparklar əkin, biçin, suvarma və texniki qulluq işlərində innovativ metodların tətbiqi ilə fərqlənir. Bu günə qədər ölkə üzrə 2-si dövlət, 22-si özəl olmaqla 24 aqropark qeydiyyata alınıb. Onların 22-si rayonda yerləşir və ümumilikdə 66,3 min hektar ərazini əhatə edir. Bu aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə logistika və qablaşdırma üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat, faktiki investisiya məbləği isə 900 milyon manatdan çoxdur. Dövlət dəstəyi çərçivəsində 16 aqroparka 142,4 milyon manat güzəştli kredit, 17 aqroparka isə 16,5 milyon manat dəyərində idxal güzəşti təqdim olunub. “Ağsu Aqropark” bölgədə məşğulluğun artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Hazırda burada 200-ə yaxın daimi işçi, mövsümi dövrlərdə isə 240-250 nəfər çalışır”.

Aqroparkda əməkdaşlardan biri, mexanizator Tərlan Məmmədov bildirib ki, əvvəl kənddə iş tapmaq çətin idi: “Aqropark fəaliyyətə başlayandan sonra bizim kimi ailələr üçün sabit gəlir mənbəyi yaranıb. Həm texnika müasirdir, həm də iş şəraiti qənaətbəxşdir”.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ümumilikdə ölkə üzrə aqroparklarda 3270 nəfər daimi, 4878 nəfər isə mövsümi işlə təmin olunub. Yaxın gələcəkdə əlavə 1600 yeni daimi iş yerinin yaradılması planlaşdırılır.

Ötən il aqroparklarda 42,5 min hektar sahədə əkin işləri aparılıb ki, bunun 35,7 min hektarı suvarılan ərazilərdir. Mütərəqqi suvarma sistemləri 26 min hektarda tətbiq olunub.

Bundan əlavə, aqroparkların texnika parkında 604 traktor və kombayn, 3032 müasir kənd təsərrüfatı texnikası və aqreqat fəaliyyət göstərir.

İl ərzində aqroparklarda istehsal edilən kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manat təşkil edib. Heyvandarlıq üzrə ixtisaslaşmış aqroparklarda isə 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub.

“Ağsu Aqropark” müasir kənd təsərrüfatı modelinin uğurlu tətbiq nümunəsidir. Burada innovasiyaların, beynəlxalq təcrübənin və düzgün idarəetmənin vəhdəti yerli resursların daha səmərəli istifadəsinə, məhsuldarlığın və keyfiyyətin artmasına gətirib çıxarır. Aqropark modeli yalnız iqtisadi deyil, sosial baxımdan da bölgələrin inkişafına töhfə verir və ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:318
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri