Icma.az
close
up
RU
“Kənd toyuğudur” adı ilə belə ALDANIRIQ

“Kənd toyuğudur” adı ilə belə ALDANIRIQ

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar. Belə ki, bəzi satıcılar kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar. Bəs vətəndaşlar aldanmamaq üçün nələrə diqqət etməlidirlər?

Broyler bir aya yetişir, kənd toyuğu dörd aya

Qida təhlükəsizliyi eksperti İlkin Şirinov broyler və kənd toyuqlarının tamamilə fərqli şərtlər altında yetişdirildiyini vurğuladı: "İnsanlar kənd və broyler toyuğunu rənginə görə ayırırlar. Çünki broyler toyuqları təbii yemlə qidalanmır. Kənd toyuqları 3-4 aya yetişir. Bu müddət ərzində 1.5 kiloqrama qədər inkişaf edə bilir. Broyleri kənd toyuğu qədər saxlamaq fermerlərə sərf etmir. Artıq saxladıqda artıq yem verməlidirlər. Bu isə büdcələrinə ziyandır". Ekspert bildirir ki, broyler toyuqlarının qidalanmasında kimyəvi qatqılı xüsusi kökəldici yemlərdən istifadə olunur. Həmin qidalarla yemlənən toyuqlar qısa müddətdə, maksimum bir aya süni şəkildə şişirdilir: "Kəsildikdən sonra xüsusi soyutma sistemlərində az buzlu halda etiketlənir və satış obyektlərinə çatdırılır. Kənd toyuğu isə daha uzun müddət saxlanılır. Günəş və torpaqla əlaqədə olurlar. Bu səbəbdən də broyler toyuqlarının bədənlərində olan su qalıqları kənd toyuqlarında müşahidə edilmir".

Dərisi sarı və qabarıq olur

İ.Şirinovun sözlərinə görə, diqqətlə baxdıqda broyler və kənd toyuqlarını asanlıqla ayırd etmək mümkündür: "Broyler toyuqlarının ayaqlarını xüsusi sarıköklü və ya sarı kimyəvi maddəli suda bir müddət saxladıqdan sonra kənd toyuğu adı ilə insanlara satırlar. Lakin kənd toyuğunun təbii sarılığı ilə sonradan rəngi dəyişdirilən toyuq arasında fərqi gözlə görmək mümkündür. Kənd toyuğunu bişirdikdə dadı və ətinin yapışqanlığı onu müəyyən etməkdə kömək olur".

Ekspertin sözlərinə görə, kənd toyuğunun dərisi günəş işığından gələn D vitamini ilə zəngin olduğundan broyler toyuğuna nisbətən daha qabarıq və qalın olur. Amma broyler toyuğunda dəri salfet kimi nazikdir: "Kənd toyuğunun özünəməxsus qoxusu var. Bu qoxu broyler toyuqlarında olmur. İnsanlar sağlamlıqlarının qeydinə qalmaq istəyirlərsə, toyuğu diri formada almaları daha məqsədəuyğundur. Bu zaman heç bir şübhə, risk də olmayacaq".

"İşbazlar üçün insan sağlamlığı ikinci plandadır"

Ekspertin fikrincə, belə halların qarşısının alınması üçün xüsusi mexanizm olmalıdır. İşçi qrup yaradılmalı və məhsulun həqiqiliyi ayırd edilməlidir ki, insanlar işbazların qurbanına çevrilməsinlər: "Bazarlarda və digər iaşə müəssisələrində tək toyuqlarda deyil, digər ət məhsullarında da belə fırıldaqlar mövcuddur. Bununla bağlı reydlər keçirilməlidir. Çünki işbazlar üçün insan sağlamlığı ikinci plandadır. Broyler toyuqlarına vurulan maddələr ürək-damar xəstəliklərinə, hətta xərçəng riskinə səbəb ola bilər".

İ.Şirinov insanlara tövsiyə etdi ki, bilmədikləri yerlərdən belə məhsulları əldə etməsinlər: "Bu məhsulların açıq şəkildə insanların sıx yerləşdiyi yerlərdə satılması heç də düzgün deyil. Üzərindən heç bir markalanma olmayan məhsulu almaq göz görə-görə sağlamlığımızı riskə atmaq deməkdir. Çünki bu məhsulların açıq havada, qadağan edilən temperaturda satışı yolverilməzdir".

"Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, toyuqlar əsasən üç cür şəraitdə yetişdirilir: "Birincisi tam azaddır. Səhər hindən buraxılır, bir də axşam hinə doldurulur. Üstəlik, onlar buğda və arpa ilə də qidalanırlar. İkincisi yarı azad toyuqlardır. Hansı ki, hasar daxilində olsalar da, açıq havada olurlar. Onlara həm broylerlərin, həm də azad toyuqların yediyi yemlər verilir. Üçüncü isə tam qapalı şəraitdə saxlanılan broyler toyuqlarıdır. Onları tez yetişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Broyler toyuqlarına antibiotiklər, hormonal dərmanlar verilir. Onlar da insan orqanizmi üçün zərərlidir".

Yaşlı toyuqlar da kənd toyuğu adı altında satılır

E.Hüseynovun sözlərinə görə, bəzən şəhərdə biri üç manata toyuqlar satılır. Həmin toyuqlar yumurtadan kəsilən toyuqlardır, əti çox bərk olur: "İşbazlar da bundan istifadə edərək, onu kənd toyuğu adı ilə insanlara satırlar. Bişirəndə kənd toyuğuna bənzəyir. Amma əslində satışa verilməməlidir. Kənd toyuqlarının əti və sümüyü daha möhkəm olur. Broyler toyuğu şişmiş və ətli olduğu üçün sümükləri daha yumşaqdır".

Sədrin fikrincə, insanlar bu kimi hallarla qarşılaşdıqda müvafiq orqanlara məlumat verməlidir: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycan əmtəə bazarında satılan bütün qida məhsulları paketlənməli, üzərində etiketi, buraxılma tarixi və sair bu kimi məlumatlar olmalıdır. İnsanlara ttövsiyə edirəm ki, kənd toyuqları adı ilə satılan broyler toyuqları gördükdə bu barədə Qida Təhlükəsizliyi Agentliyinin "Qaynar xətt"inə məlumat versinlər". ("Kaspi" qəzeti)

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri