Icma.az
close
up
RU
Kənd yumurtası bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə

Kənd yumurtası bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə

Icma.az bildirir, News24 portalına istinadən.

Son günlər “kənd yumurtası”nın qiymətlərində ciddi artım müşahidə olunur.

Yeni il ərəfəsində, eləcə də gələn il ərzində sənaye üsulu ilə istehsal olunan yumurtanın bahalaşması gözlənilirmi?

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, hazırda sənaye üsulu ilə istehsal olunan yumurtanın qiymətində hər hansı bir artım yoxdur və gözlənilmir: “Yumurtanın builki qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə daha ucuzdur. Quş ətinin qiyməti isə ötənilki qiymətlərlə eynidir.

Quşçuluq müəssisələrində istehsal olunan yumurta və quş ətinin qiymətinin 2025-ci il ərzində artacağını düşünmürəm. Qiymət o zaman arta bilər ki, kəskin təlabat yaranar, istehsal azalar və yaxud yemin qiyməti qalxar. Bu problemlər olmadığı üçün qiymətlərin artacağı gözlənilmir”.

Mürvət Həsənli kənd yumurtasının qiymət artımı ilə bağlı fikirlərini də bildirib.

O qeyd edib ki, kənd yumurtasının istehsal şəraiti fərqlidir: “Kənd toyuqları soyuq şəraitdə qalırlar, saxlandıqları yerdə normal istilik təmin olunmur. Yaxud da digər şərtlər daxilində yumurtlama faizi azalır. Təlabat artdığı üçün qiymət qalxır. Kənd yumurtasının çox və ya az istehsal olunması fabrik yumurtasının istehsalına təsir etmir”.

O qeyd edib ki, bu gün ölkə əhalisinin yumurtaya günlük təlabatı 4 milyondursa, Azərbaycanda hazırda sənaye üsulu ilə 5 milyondan daha çox yumurta istehsal olunur: “Hazırda yumurtanın pərakəndə satış qiyməti 16-17 qəpik, fabrikdən çıxış qiyməti isə 13-14 qəpik təşkil edir”.

İdarə Heyətinin sədri fabrik yumurtasının kənd yumurtası adı altında satılması ilə bağlı məsələyə də münasibət bildirib: “Hamı kənd yumurtası ilə fabrik yumurtasını tanıyır. Fabrik yumurtası eyni rənglərdə - ya ağ, ya da çəhrayı rəngdə olur. Kənd yumurtası isə fərqli rənglərdə olur. Həm kənd məhsulunun ölçüsündə də fərq olur. Çirklilik, qablaşdırma kimi məsələlər var ki, bunu seçməmək mümkün deyil”.//tns.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Dekabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri