Icma.az
close
up
RU
Kənddən gələn tələbə şəhər həyatına necə adaptasiya olmalıdır?

Kənddən gələn tələbə şəhər həyatına necə adaptasiya olmalıdır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ali təhsil müəssisələrində yeni dərs ilinin başlanmasına az qalıb. 

Bu il minlərlə abituriyent arzusuna çataraq tələbə adını qazanıb.Onların bir qismi paytaxtda, xüsusilə də regionlardan Bakıya üz tutaraq yeni həyata qədəm qoyacaq. Məhz bu mərhələ onlar üçün həm həyəcanlı, həm də məsuliyyətli bir başlanğıcdır.

Qeyd edək ki, xüsusilə rayondan gələn gənclər üçün tanımadıqları şəhərə, yeni insanlara və fərqli mühitə alışmaq müəyyən vaxt tələb edir. Bəzi tələbələr bu dövrdə çətinlik çəkir və özlərini narahat hiss edirlər.

Bəs adaptasiya prosesi zamanı tələbələr hansı çətinliklərlə üzləşir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Fəridə Müsəvi bildirib ki, yeni mühitə uyğunlaşma prosesi tələbələrdə "şirin stress" yaradır:

“Ali təhsil müəssisələrinə yeni qəbul olmuş tələbələr üçün bu mərhələ, həyatlarındakı ən önəmli keçid dövrlərindən biridir. Qəbul prosesi zamanı abituriyentlər bir çox stresli vəziyyətlərlə qarşılaşırlar. 

İmtahan həyacanı, uğur qazanıb-qazanmayacaqları ilə bağlı narahatlıqlar, uzunmüddətli zəhmətlərinin nəticələrinin necə olacağına dair qorxular, onlarda psixoloji gərginlik yaradır.

Tələbə adını qazandıqdan sonra isə fərqli streslər ortaya çıxır. Yeni mühit, tanımadıqları insanlar, qarşılaşacaqları çətinliklər və xüsusilə maddi məsuliyyətlər gənclərin narahatlıq səviyyəsini artırır. Bütün bu yaşananlar "şirin stress" adlandırıla bilər”.

Psixoloq qeyd edib ki, tələbələrin adaptasiya prosesində ən vacib amil ünsiyyət və sosial fəallıqdır:

“Xüsusilə kənddən şəhərə təhsil almağa gələn tələbələr üçün adaptasiya müddəti daha çətin və uzun ola bilər. Bu müddət adətən 20-30 gün çəkir. Lakin bəzi hallarda, yeni mühitə öyrəşmək və sosial həyata uyğunlaşmaq üç aya qədər uzana bilər.

Yeni tələbələrə adaptasiya dönəmində ən böyük tövsiyə, ünsiyyətdən çəkinməmələridir. Nəzərə almaq lazımdır ki, ətraflarındakı hər bir tələbə eyni statusdadır, eyni həyacan və duyğularla yaşayır. 

Öz hisslərini, qorxularını və stresslərini tələbə yoldaşları ilə bölüşmək, bu yükü daha yüngül keçirməyə yardımçı olur.

Sosiallaşmaqdan çəkinməyən, duyğularını paylaşmağı bacaran tələbələr adaptasiya prosesində daha rahat və sürətli irəliləyirlər”.

Gülər
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri