Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Kənddən şəhərə axını necə dayandırmalı... Komitə sədrindən TƏKLİF

Kənddən şəhərə axını necə dayandırmalı... Komitə sədrindən TƏKLİF

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın bölgələrindən paytaxta və Bakıətrafı ərazilərə edilən axın bir çox rayonlarda kəndlərin boşalmasına səbəb olub. Bu proses eyni zamanda kənd təsərrüfatında çalışanların azalmasına yol açıb. İnsanların rahat həyat arxasında şəhərə üz tutması son nəticədə paytaxtı da bir sıra problemlə üz-üzə qoyub, məsələn, həddindən artıq sıxlıq yaranıb, yollarda tıxaclar artıb və s.

Bəs prosesi əksinə döndərmək mümkündürmü? Başqa sözlə, kəndlini şəhərlərdən öz yerinə qaytarmağın yolları varmı?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, gənclərin kəndlərdən şəhərə axını nəinki Azərbaycanda, dünyada son illər müşahidə edilən haldır:


“Bu ilk növbədə gəncliyin coşğunluğundan, onların daha rahat həyat axtarmasından irəli gəlir. Ancaq çox təəssüflər olsun ki, əksər hallarda bu rahat, xoşbəxt həyat təmin oluna bilmir. Çünki orta məktəbi bitirən gənc işləmək üçün şəhərə üz tutur. Onun burada evi, işləmək üçün yeri yoxdur, digər imkanları məhduddur. Az bir müddətdə hissə qapılır və müəyyən xətalara yol verir, nəticədə cəmiyyətdəki nüfuzunu, yerini itirmiş olur”.


T.Rzayevin sözlərinə görə, bu gün Azərbaycan kəndi tamamilə öz simasını dəyişib:
 

“Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqlarının uğurla həyata keçirilməsi, ərazilərin abadlaşdırılması və çox mühüm infrastruktur layihələrin təmin edilməsi kənddə mənalı həyat qurmağa və yaşamağa imkanlar yaradır. Sözsüz ki, artıq sosializm cəmiyyəti deyil, bu gün kəndlinin ən başlıca vəzifəsi özünün təsərrüfatını yaratmaq, kənd təsərrüfatı ilə məşğul olmaqdır. Əgər şəxs peşə sahibidirsə, öz ixtisası ilə məşğul olmalıdır. Amma orta təhsilli, müəyyən ixtisasa yiyələnməyən gənclər təsərrüfatda qalıb işləməlidirlər. Kəndlərdə hər kəsin ailəsi üçün pay torpaqları ayrılır, icarəyə torpaqlar verilir. Hər kəs bundan istifadə edə bilər. Ancaq açıq deyilməlidir ki, əvvəlki illərdən fərqli olaraq indiki gənclər bilavasitə əməkdən uzaq durmağı üstün tuturlar, işləməkdən, zəhmətə qatlaşmaqdan çəkinirlər. Şəhərin yaraşığı onları daha çox cəlb edir. Ancaq bu uğurlu bir seçim deyil, çünki şəhərdə sıxlıqdır, yüksək ixtisaslı kadrlara, onların peşəkarlığına üstünlük verilir və orta təhsilli, peşəkarlığı yüksək olmayan gənclərin şəhərdə mövqe tutması, iş yeri tapması, uğur qazanması çox çətindir”.



Komitə sədri qeyd edib ki, insanların, o cümlədən gənclərin şəhərə axını kənd təsərrüfatına müəyyən təsirlər göstərib:


“Bu gün kənd təsərrüfatı sahələrində daha çox orta yaşlı və ahıl adamlar çalışırlar. Ancaq uzun müddət belə davam edə bilməz. Çünki yaşlıları gənc nəsil əvəz etməlidir. Gənclər yaşlılardan kənd təsərrüfatını idarə etmək üçün təcrübə öyrənməlidirlər, heyvandarlığın, əkinçiliyin, arıçılığın, taxılçılığın, pambıqçılığın sirlərinə yiyələnməlidirlər və öz həyatlarını qurmalıdırlar. Bir məsələ də qeyd olunmalıdır ki, son illər kəndə qayıdan şəxslərin sayında artım da müşahidə olunur. Şəhərdə iş tapmayan bir çox gənclər indi kəndlərimizdə qalıb işləməyi üstün tuturlar. Elə bilirəm bu məsələlərə ciddi diqqət yetirilməli və birinci növbədə gənclərlə söhbətlər aparılmalı, maarifləndirmə tədbirləri həyata keçirilməli, stimullaşdırıcı şərtlər, həvəsləndirmə metodu ön plana çəkilməlidir. Azərbaycan gəncliyi sağlamdır, mütərəqqidir, cəsarətlidir. Bu gün işğaldan azad olunmuş ərazilərə köçən, orada çalışan, o torpaqları abadlaşdıran gənclərimizin timsalında bunu biz aydın görürük. Sözsüz ki, dövlətin, hər bir vətəndaşımızın vəzifəsidir ki, gəncliyimizi sağlam ruhda tərbiyə etsin, onları düzgün istiqamətləndirsin, onların həyatının qurulmasına öz dəstəyini versin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri