Icma.az
close
up
RU
“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il Cəbrayıl və Zəngilanda da bayram yarmarkasının təşkili nəzərdə tutulur

Bakı, 4 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, 11 gün fasiləsiz davam edəcək yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.

Yarmarkalarda 25 regiondan iştirak edəcək 147 fermer, 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada hər gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Yarmarka 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanı ilə yanaşı, ümumilikdə, 12 məntəqədə fəaliyyət göstərəcək.

Belə ki, martın 13-17-də paytaxtın müxtəlif ərazilərində - metronun “Əhmədli”, “Neftçilər” “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” stansiyalarının yaxınlığında, həmçinin Abşeron rayonu Mehdiabad qəsəbəsi “Qarant” Yaşayış Kompleksində yarmarkalar təşkil olunacaq. Eyni zamanda Sumqayıt, Xankəndi və Ağdaş şəhərlərində (Ağdaş şəhərində yeni bazar ərazisində) Novruz yarmarkalarının təşkili nəzərdə tutulur.

Bundan əlavə, martın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində, martın 17 də isə Zəngilan rayonunun Ağalı kəndində bir günlük səyyar yarmarkalar təşkil olunacaq.

“Kənddən Şəhərə” yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin edilirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see328

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see324

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see316

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see265

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see257

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see246

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see239

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see235

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see234

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see202

Mərkəzi Bank sədrinin 10 mühüm mesajı

30 İyul 2026 09:34see195

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see192

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see190

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see188

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see184

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see179

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see178

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see175

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see172

Ukraynada F 16 qəzaya uğrayıb

30 İyul 2026 05:45see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri