Icma.az
close
up
RU
“Kəndin cazibəsi azalır: gənclər komforta görə kəndə qayıtmaq istəmir” SOSİOLOQ ŞƏRH ETDİ

“Kəndin cazibəsi azalır: gənclər komforta görə kəndə qayıtmaq istəmir” SOSİOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Bu proses təkcə Azərbaycanda yox, bütün dünyada gedib. Sadəcə olaraq, biz bir qədər gec keçdik bu mərhələdən, çünki sovetlər birliyinin tərkibində yaşayırdıq və süni maneələrlə kənddə insanları saxlamağa çalışırdılar. Amma bununla yanaşı maraqlı, həvəsləndirici və motivasiyaedici proqramlar da tətbiq olunurdu". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, həmin dövrdə kənddə həm həyat, həm torpaq, həm də sosial təminatlar daha çox idi. Kolxoz və sovxozlar fəaliyyət göstərirdi. Xüsusilə sovxozlar kənd təsərrüfatı idarəetmə strukturu kimi işləyirdi və orada işləyənlər, hətta işləməyənlər belə minimum əmək haqqı alırdılar. Evlənənlərə torpaq sahəsi ayrılırdı, ev tikmək üçün cəmiyyət kömək edir, hökumət aşağı faizlə kreditlər verirdi. Bəzən bu kreditlər illərlə geri alınmırdı. Bütün bu amillər kənddə insanları saxlayırdı: "SSRİ dağıldıqdan sonra torpaqlar əhaliyə paylandı, amma kəndlərdə həm iqtisadi, həm sosial, həm də məişət səviyyəsi aşağı düşdü. Xaos yarandı. Bunun bir səbəbi sovet bazarının itməsi idi. Kənd təsərrüfatına dəstək verən imkanlar yox oldu. Qarabağın işğalı nəticəsində ölkənin 20 faiz torpağı itirildi və şəhərlərə, xüsusilə Bakıya, məcburi köç başladı. Üstəlik, kolxoz və sovxozlar dağıldı, yerində isə səmərəli fermer təsərrüfatları yaranmadı. Əhalinin böyük qismi əvvəl bu kolxoz və sovxozlarda çalışırdı. Öz torpağında da əkin-biçin edirdi və məhsulunu bazarda sataraq dolanırdı. Amma bu sistem dağıldı, kəndlər boşalmağa başladı. İşsizlik artdı, narkomaniya yayıldı, ənənəvi iş yerləri yoxa çıxdı. Gənclər şəhərlərə və ya xaricə üz tutdu. Kəndin aktiv əhalisi getdikcə azaldı.

Vaxt keçdikcə sosial yardım, pensiyalar və dövlət dəstəkləri artsa da, bu, kənd əhalisinin işə marağını azaltdı. Əkinçilikdə məhsulun maya dəyəri artdı, satış qiyməti ucuz qaldı, mənfəət qazanmaq mümkün olmadı. Şəhərlərdə qiymətlər artsa da, kənd məhsullarının qiyməti aşağı idi. Kredit faizləri yüksək oldu, ipoteka imkanı isə kəndlilər üçün əlçatmaz oldu. Kənd torpaqları iri fermerlər, məmurlar və oliqarxlar tərəfindən alındı. Bəzi hallarda torpaqlar ya ucuz qiymətə satıldı, ya da kəndlilərin əlindən alındı. Beləliklə, kənddən şəhərə və xaricə köç prosesi sürətləndi. Ən qorxulusu odur ki, ikinci mərhələdə kənddən çıxanlar əmək qabiliyyətli, peşəkar və gənc insanlar idi. Onlar şəhərdə, hətta pis şəraitdə yaşamağa razı idilər, amma kəndə qayıtmaq istəmirdilər. Komforta alışdıqdan sonra çətin kənd şəraitinə dönmək istəmədilər. Su problemi, infrastrukturun zəifliyi, məhsulun maya dəyərini ödəməməsi kəndin cazibəsini azaltdı. Düzdür, dövlət son illərdə müxtəlif proqramlar həyata keçirir, məşğulluq idarələri, subsidiyalar, kənd təsərrüfatına dəstək tədbirləri var. Amma hələ də bu proses gecikmiş görünür.

Kəndli üçün texnika almaq, təsərrüfat qurmaq çox çətindir. Kreditlər bahadır, texnika baha başa gəlir. Agroparklar və soyuq anbarlar tikilsə də, ixracda ucuz məhsulun çoxluğu yerli məhsulun satılmasına mane olur. Bu reallıqla barışmaq lazımdır. Özümüzü aldatmaq olmaz. İndi Qarabağda "ağıllı kənd" və "ağıllı qəsəbə" modelləri qurulur. Bu modelin ölkənin digər bölgələrində də tətbiqi vacibdir. Kiçik dağ kəndləri birləşdirilərək iri yaşayış məntəqələri formasında bərpa olunmalı, ətraf ərazilər isə kənd təsərrüfatı, turizm, heyvandarlıq və balıqçılıq üçün istifadə edilməlidir. Hazırda kəndlərimizdə böyük iş yerlərinə yox, orta səviyyəli, dayanıqlı təsərrüfatlara ehtiyac var. Bunun üçün kənddə işləmək istəyənlərə kreditlər, subsidiyalar, ipoteka və sosial dəstək lazımdır. Hətta kənddə ev tikmək istəyənlər üçün faizsiz və ya mənfi faizlə kreditlər verilməlidir. Sosial müavinətlər və uşaq pulları geniş tətbiq olunmalıdır. Əvvəllər mən deyirdim ki, insanlara sadəcə yardım yox, imkan yaradılmalıdır. Dövlət bu sahədə addımlar atıb – texnika, mal-qara, subsidiya, gübrə, yanacaq güzəştləri verilir. Amma bu imkanlardan əsasən məmurlar və onlara yaxın şəxslər istifadə edir. Sadə kəndli isə kənarda qalır. Nəticə olaraq, bu proses urbanizasiya və qloballaşmanın bir hissəsidir. Bununla mübarizə aparmaq əvəzinə, çıxış yollarını tapmalıyıq. Məncə, kiçik agroparklar, texnoloji yeniliklər və motivasiyaedici proqramlarla bu axının qarşısını müəyyən qədər almaq mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri