“Kəndlərdə tibb məntəqələrinin çoxu yararsız vəziyyətdədir”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“İnsanlarımızı narahat edən məsələlərdən biri də əhaliyə göstərilən ilkin tibbi xidmətin səviyyəsinin aşağı olmasıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bu, xüsusilə bölgələrdə özünü qabarıq göstərir. Kəndlərimizdə olan ilkin tibbi xidmət məntəqələrinin əksəriyyəti yararsız vəziyyətdədir. Kadr sıxıntıları mövcuddur. Əhali arasında ən çox təlafat verən iki patologiyadan biri olan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə qarşılanması son dərəcə vacibdir”, - komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















