Kəngərli sakinlərindən duyğulandıran sözlər: Bu torpağın hər qarışında şəhid qanı var
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü işğaldan azad edilmiş Ağdam rayonunun Kəngərli kəndində böyük ruh yüksəkliyi ilə qeyd edilib. Kənd sakinləri illər sonra doğma yurdlarında bu tarixi günü yaşamağın sevincini "Baku TV" ilə bölüşüblər.
Kəngərlidə yaşayan sakinlərdən olan Həsən Balakişiyev hisslərini bu cür ifadə edib:
"Bu Zəfər uzun illər bizim yaddaşımızdan çıxmayacaq. Şəhidlərimizə o qədər dua edirik, rəhmət oxuyuruq. Ordumuz düşmənə elə bir dağ çəkdi ki, yüz il də keçsə, erməni bunu unutmayacaq".
Rahilə Qarayeva isə Zəfərin qəhrəmanlarını xatırladaraq vurğulayıb:
"Bu günü bizə bəxş edən, Şuşa qayalarını dırmanaraq ora girən məğrur və qəhrəman oğullarımız var. Yolla gedəndə, torpağa baxanda hər zaman deyirəm ki, hər bir qarışında şəhid qanı var. Buna görə də bu torpaq bizim üçün çox əzizdir".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Noyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















