Keniya Respublikasının Dövlət Prokurorluğunun nümayəndə heyəti Lənkəranda olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 sentyabr, AZƏRTAC
Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətdən məlumat verilib. Bildirilib ki, işgüzar səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Baş prokurorun müavini Heydər Məmmədovun müşayiəti ilə Lənkəran şəhərində olub.
Qonaqlar Lənkəranda Heydər Əliyev Xatirə Parkını ziyarət edib, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olub, həmçinin “Laran” MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsi, “Azərxalça” ASC-nin Lənkəran filialı və “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasının fəaliyyəti ilə maraqlanıblar. Nümayəndə heyəti Lənkəranda yaradılmış müasir infrastruktur, mədəni irsin qorunması və iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırılıb. Keniyalı nümayəndələr səfərin onlarda xoş təəssürat yaratdığını vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















