Icma.az
close
up
RU
Keniyada polis etirazçılara atəş açıb

Keniyada polis etirazçılara atəş açıb

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keniyada polis paytaxt Nayrobidə etirazçılara atəş açıb, ən azı bir nəfər həlak olub.

525.az xəbər verir ki, bu barədə yerli "The Star" nəşri yazıb.

Məlumata görə, polis Nayrobidə əsas yol boyunca yürüş edən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Daha sonra etirazçılar polislə toqquşub, bundan sonra asayiş keşikçiləri kütləyə atəş açıb.

Keniyanın daxili işlər naziri Kipçumba Murkomen X sosial şəbəkəsində yazıb ki, hökumət vətəndaşların həyatını və əmlakını qorumağa sadiqdir: “Təhlükəsizlik qüvvələrimiz xaos, iğtişaş və ya dağıntı törətmək niyyəti ilə dinc yürüşlərə sızmağa cəhd edə biləcək cinayətkarlar və digər pozucu elementlərlə mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətindədir".

Qeyd edək ki, Keniyada suahili dilində “yeddi yeddi” mənasını verən Saba Saba 1990-cı il iyulun 7-də azad seçkilər və çoxpartiyalı demokratiya uğrunda kütləvi etirazların keçirildiyi gündür. O vaxtdan bəri hər il iyulun 7-də təkpartiyalı sistemə ilk dəfə etiraz edildiyi tarixdə dinc nümayişlər keçirilir.

Builki etiraz aksiyaları hakimiyyətin vergiləri artırmaq cəhdləri və hüquq-mühafizə orqanlarının artan zorakılığı fonunda keçirilir. Yeni aksiyadan cəmi iki həftə əvvəl baş verən etirazlarda 19 nəfər həyatını itirib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see435

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see385

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see353

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see353

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see286

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see265

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see242

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see239

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see228

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see218

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see208

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see207

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see207

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see195

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? İqtisadçı açıqladı

30 İyul 2026 13:43see195

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see192

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see190

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see187

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see184

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri