Keniyalı qonaqlar Konstitusiya Məhkəməsində
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə səfərdə olan Keniya Ali Məhkəməsinin sədri Marta Koomenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fərhad Abdullayev Azərbaycan və Keniya arasında əlaqələrin son illər dinamik şəkildə inkişafının məmnunluq doğurduğunu bildirib. Sədr may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Keniya Prezidenti Uillyam Samoei Ruto ilə görüşünün ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı etimadın göstəricisi olduğunu xüsusilə vurğulayıb. Daha sonra o, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbuletmə proseduru, həmçinin məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.
Marta Koome qeyd edib ki, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin aparılması, xüsusilə Azərbaycanın məhkəmə proseslərinin rəqəmsallaşdırılması prosesi ilə tanışlıq maraqlıdır.
Görüş zamanı məhkəmə-hüquq sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 İyun 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















