Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsində Heydər Əliyev anıldı

Konstitusiya Məhkəməsində Heydər Əliyev anıldı

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə Modern.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib. 

Bildirilib ki, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən sədr Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli Liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasının dövlətçiliyimizi ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikamızın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.

Sədr Fərhad Abdullayev Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı kimi görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi naminə mühüm işlər həyata keçirdiyini, məhz onun rəhbərliyi ilə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli qoyularaq inkişaf etdirildiyini vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb. Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, bu gün Ulu Öndərin xalqımızın azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlət başçısının məqsədyönlü daxili və xarici siyasəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın dünyada nüfuzlu dövlətlər sırasında yer alması, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr və geniş quruculuq işləri Heydər Əliyev siyasi irsinin davamıdır.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikamızı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində suverenleyini və ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.

Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin ölkəmizi müxtəlif tarixi mərhələlərdə qlobal miqyaslı siyasi lider kimi uğurla idarə etdiyini, dahi şəxsiyyətin müdrikliyinin, milli maraqlara sadiqliyinin və siyasi iradəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışan Səbinə Əliyeva vurğulayıb ki, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüdür.

Ombudsman bildirib ki, bu gün ölkə başçısının rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.   

Daha sonra Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışında qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış strateji addımlar, əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr xalqın rifahı  üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Samir Mahmudov insan hüquqlarının təmin edilməsi, müdafiəsinin gücləndirilməsi və digər sahələrdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatların bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirildiyini vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, eləcə də Hüquq və İnsan Haqları İnstitutunun nümayəndələri, Konstitusiya Məhkəməsi və Ombudsman Aparatının məsul şəxsləri müxtəlif hüquqi mövzular üzrə məruzələrlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.

Dəyirmi masaya yekun vuran Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi sınaqlardan uğurla çıxaran Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Müstəqil Azərbaycan Ümumilli Lider tərəfindən indiki və gələcək nəsillərə olan əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı görkəmli siyasi xadim Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir. Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq bu gün onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Konstitusiya Məhkəməsi də öz növbəsində gələcək fəaliyyəti ilə hüquqi dövlətçiliyimizin inkişafına töhfə verməyə daim çalışacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see342

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see291

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see283

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see273

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see233

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see232

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see230

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see224

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see211

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see210

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see203

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see200

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see198

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see198

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see196

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see195

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see194

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see189

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see184

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri