Icma.az
close
up
RU
Kəpək niyə əmələ gəlir?

Kəpək niyə əmələ gəlir?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Kəpək baş dərisinin ölmüş hüceyrələrindən ibarətdir. Normal halda, bədənin digər hissələrinin dərisində olduğu kimi, başın dərisindəki hüceyrələri də müəyyən müddət keçdikdən sonra yeniləri ilə əvəz olunur.

Bu zaman ölmüş köhnə hüceyrələr insan gözü üçün nəzərə çarpmadan başın dərisindən xaric olunur. Beləliklə, başda az miqdarda kəpək olması tam normal fizioloji prosesdir. Ancaq müxtəlif səbəblər nəticəsində baş dərisinin hüceyrələri daha qısa vaxtdan sonra lay-lay qopmağa başlayır. Bu zaman saçlar xeyli sayda xoşagəlməz yapışqan pulcuqlarla (baş dərisinin yağlı tipində) örtülür və ya başdan paltarların üzərinə xeyli miqdarda quru kəpəklər tökülməyə başlayır (baş dərisinin quru tipində). Saçların yuyulması da problemi həll etmir – saçlar qurumağa mahal tapmamış kəpəklər yenə də əmələ gəlir. Kəpəklərin olması yalnız estetik çatışmazlıq deyil. Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal “nəfəs almır”, zəifləyir, daha asanlıqla qırılır və tökülməyə başlayır.

Kəpəklərin əmələgəlmə səbəbləri çoxdur: irsi faktor, daxili orqanların bir sıra xəstəlikləri (kolit, qəbizlik, qara ciyər və öd kisəsinin xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri və s.), avitaminozlar, streslər, maddələr mübadiləsi pozğunluqları, baş dərisindəki piy vəzilərinin normal fəaliyyətinin pozulması, saçlara düzgün qulluq edilməməsi (saçlarınıza uyğun gəlməyən və keyfiyyətsiz şampunlardan istifadə edilməsi, saçların çox tez-tez boyanması, isti fenlə tez-tez qurudulması) və s.

Kəpəklərin əmələgəlmə səbəblərindən biri də maya göbələkləridir (Pityrosporum Ovale). Bu göbələk, əksər insanların baş dərisində, onların sağlamlığına heç bir zərər vurmadan yaşayır. Ancaq müəyyən şəraitdə (streslər, immunitetin zəifləməsi, hormonal pozğunluqlar və s.) onların miqdarı birdən-birə artmağa başlayır. Nəticədə dəridə iltihablaşma prosesi başlayır ki, bu da kəpəklərin əmələ gəlməsinə səbəb olur.

Əgər siz başınızda kəpəklərin xeyli dərəcədə artdığını müşahidə etsəniz, kəpəyin quru və ya yağlı olmasından asılı olmayaraq, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət edin. Çünki kəpək sağlamlıq üçün təhlükəli hesab edilən seboreyalı dermatit, dəmrov, psoryaz kimi təhlükəli xəstəlikləri müşayiət edən əlamət də ola bilər. Bu xəstəliklər saçların güclü tökülməsinə və hətta keçəlliyə səbəb ola bilər. Müayinə nəticəsində həkim kəpəyin əmələ gəlmə səbəbini aydınlaşdırdıqdan sonra sizə müvafiq müalicə təyin edəcək. Bu müalicə zamanı xüsusi pəhrizin saxlanması, müalicəvi şampunlardan, müəyyən vitaminlərdən (B, A, D, E və s.) və mikroelementlərdən (sink, kükürd və s.) və s. vasitələrdən istifadə oluna bilər. Həkim-trixoloq ona müraciət edən şəxsdə kəpəyin əmələ gəlməsində hər hansı bir daxili orqanların xəstəlikləri ola biləcəyindən şübhələnərsə, onu digər mütəxəssislərin (qastroenteroloq, endokrinoloq, nevropatoloq və s.) müayinəsinə də göndərə bilər.

Kəpəklərin profilaktikasında əsas məsələ başın dərisinə və saçlara düzgün qulluq edilməsidir. Digər vacib məsələ isə kifayət qədər meyvə və tərəvəzlərdən istifadə etməklə düzgün qidalanma tərzidir. Bu zaman qida rasionunda yağlı, qızardılmış, kəskin və şirin qidaları məhdudlaşdırmaq lazımdır. Qəhvə, pivə və digər spirtli içkilərin qəbul edilməsi məsləhət görülmür. Bütün bu məhsullar baş dərisində piy ifrazını artıraraq kəpəklərin çoxalmasına səbəb olur.

Kəpəklər az olduqda başınızı adi şampunla yuduqdan sonra başın dərisini kəpəyə qarşı olan xüsusi lasyonla isladın. Bu məqsədlə kəpəyə qarşı olan profilaktik şampunlardan da istifadə etmək olar.

Kəpəklə mübarizə aparılmasında xalq təbabəti üsullarından da istifadə etmək olar. Bir daha qeyd etmək istəyirik ki, kəpək yalnız az olduğu hallarda onu bu üsullarla müalicə etmək olar. Kəpək çox olduqda isə mütləq həkimə müraciət etmək lazımdır. Əks halda, özbaşına müalicə ilə siz dəridəki xəstəliyi ağırlaşdıraraq başınızın keçəlləşməsinə də səbəb ola bilərsiniz.

- Quru xardala tədricən su qatmaqla (xama konsistensiyası alınana qədər) alınan maskanı başı yumamışdan 15-20 dəqiqə əvvəl başın dərisinə sürtün. Sonra az miqdarda şampunla saçlarınızı yaxşı-yaxşı yuyun.

- 4 ədəd limonun qabığını 1 litr suda 15 dəqiqə qaynadın. Həftədə 1 dəfə olmaqla, saçlarınızı yuduqdan sonra onları alınan dəmləmə ilə yaxalayın.

- 2 xörək qaşığı qurudulmuş pıtraq kökünü xırdalayaraq 200 ml suda 10-15 dəqiqə ərzində vam odda ağzı bağlı şəkildə qaynadın, bir qədər soyuduqdan sonra süzün. Alınmış dəmləməni saçları yumamışdan qabaq başın dərisinə sürtün və ya saçların son dəfə yaxalanması üçün hazırlanmış suya əlavə edin.

- 3 xörək qaşığı dəvədabanı və 3 xörək qaşığı gicitkən götürərək üzərinə 1 litr qaynar su əlavə edin. 30 dəqiqə saxladıqdan sonra süzün. Alınmış dəmləməni yuyulmuş saçlarınızın son dəfə yaxalanması üçün istifadə edin.

- Quru kəpəklər olarkən aşağıdakı maskadan istifadə etmək olar: 4 xörək qaşığı zeytun yağını ½ limonun şirəsi ilə qarışdırın. Saçları yumamışdan əvvəl, bu qarışığı ilıq vəziyyətdə barmaqların ucları ilə başın dərisinə yüngül sürtün.

- Yağlı kəpəklərin olması və saçların tökülməsi zamanı baş dərisini həftədə 2-3 dəfə olmaqla kalendulanın spirtli məhlulu ilə (apteklərdə satılır) silmək xeyirli hesab olunur. Məhlulu sürtəndən sonra başınızı dəsmal ilə örtün və 30 dəqiqədən sonra yuyun.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see909

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see371

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see327

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see314

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see291

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see283

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see246

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see245

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see226

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see209

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see208

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see206

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see205

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see198

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see192

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see192

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see192

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see179

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri