Icma.az
close
up
RU
Kəpənək effekti : kiçik ölkənin böyük uğuru

Kəpənək effekti : kiçik ölkənin böyük uğuru

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Edvard Norton Lorenzi bir yazımızda xatırlatmışdıq. "butterfly effect", yəni "kəpənək effekti" bu nəhəng Amerikan riyaziyyatçısının adı ilə bağlıdır. Bu riyazi terminin anlamını bir daha yada salaq. "Bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyimi Edvard Lorenzin adı ilə bağlıdır.

Burdakı fəlsəfə çox sadə, ancaq həm də çox dərindir: başlanğıcda kiçik bir dəyişiklik özündən sonra çox böyük dəyişikliklərə səbəb ola bilir.

Azərbaycanın 2020-ci ildə müharibədəki tarixi qələbəsi, eləcə də, 2023-cü ildə keçirdiyi antiterror əməliyyatı kiməsə kiçik görünə bilər. Bəlkə qlobal geopolitik çarpışmalar, maraq toqquşmalar və sair kimi nəhəng proseslərin içində həqiqətən çox kiçik bir fakt ola bilər. Ancaq bu qələbə özündən sonra çox böyük hadisələrə, regional, hətta qlobal proseslərə yön verə bilir.

Artıq Azərbaycan yaralı və geopolitik təsirlər qarşısında zəif bir dövlət deyil. Azərbaycan təqribən beş il əvvəl Cənubi Qafqazın məğlub bir ölkəsi kimi istər şimaldan, istər cənubdan, istər qərbdən gələn təsirlər, təzyiqlər qarşısında çətinliklər çəkirdi, bunu etiraf etmək gərəkdir. Ancaq indi dünya miqyasında öz subregionunun lideri kimi qəbul edilir. Eyni zamanda daha geniş regionda və hətta qlobal ölçüdə öz sözünü deyə bilir. Azərbaycan prezidentinin son müsahibəsində geniş və aydın izah etdiyi kimi, rəsmi Bakı nəinki subregional, eləcə də, regional və qlobal aktorların bölgədəki geopolitik maraqlarının uzlaşma nöqtələrini tapıb. Azərbaycanın təklif etdiyi uzlaşma modeli konkret və ticari terminlə desək, gəlirli layihələrdə ifadə olunur. Bunlar Çini Avropa ilə, Mərkəzi Asiyanı Yaxın Şərqlə, Şimali Avropanı, Rusiyanı Hind Okeanı ilə birləşdirən yollar, keçidlər, dəhlizlər deməkdir. İranın özünü, eləcə də, Ermənistanı təcriddən çıxara bilən, tranzit ölkə olaraq Gürcüstanın da əhəmiyyətini artıran bir uzlaşma modelindən söhbət gedir. Bu, əslində hamının oynaya və hamının qazana biləcəyi bir meydançadır, müstəvidir. Bu, qlobal bazarlarda yeni, böyük və əlbəttə, pozitiv dalğalanmalara yol açan bir modeldir. Bu nəhəng prosesin mərkəzində Azərbaycan, onun tarixi qələbəsi var. Bu qələbə və onun yaratdığı "kəpənək effekti" göstərir ki, dünyanın orta, böyük, nəhəng gücləri müharibə etmədən də öz maraqlarını təmin etməyin yollarını tapa bilərlər. Deməli, əslində kiçik dövlət yoxdur, yaradıcı və miqyaslı düşüncə kiçik coğrafiyalarda da çox böyük nəticələrə yol aça bilir. Dünya bunu Azərbaycanın nümunəsində bir daha gördü.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri