Icma.az
close
up
RU
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib

“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ön söz, yaxud narahat ömrün akkordları
Oxucularla görüşə çıxarılan “Kəpənəyin dili ilə” kitabı narahat ömrün, ağrılı yaşamın, həyatla ölüm arasında çarpışmanın canlı təcəssümü, eyni zamanda sabaha, gələcəyə boylanmanın, inamın ifadəsidir desək, yanılmarıq. İnsanlar mövcudluqları dövründə həyat uğrunda çarpışır, yıxılır, durur, təzyiqlərə məruz qalır, dəstəklənir, yaxud kənarlaşdırılır. İnsanlar ömürləri boyu xoşbəxtliyə çatmağın yolunu axtarır, xoşbəxtliyi isə hərə bir cür, yəni fərqli başa düşür, qəbul edir.

Uşaqlıq illəri atalı-analı, bacılı-qardaşlı günlər, adətən qayğısız olur. Hətta bəziləri böyüyüb yaşa dolanda o illərin həsrətini çəkir. Bəziləri üçün uşaqlıq illəri çətin keçir. Yadlarına salanda ürəkləri sıxılır. Ona görə ailədə elə münbit mühit, müsbət mənəvi və psixoloji atmosfer yaratmaq lazımdır ki, balacalar uşaqlıq həyatlarını keçirə bilsinlər.
Bu kitab xəstəliyə tutularaq, xoşbəxt, qayğısız uşaqlıq illərindən məhrum olan, öz canı ilə əlləşən bir yeniyetmə Hüseynin həyatına həsr olunub.
Əsərin qəhrəmanı yeniyetmə oğlandır. Fəqət belə demək insafsızlıq olar. Gəlin belə deyək: kitabın iki qəhrəmanı var. İkinci qəhrəman anadır. Hüseynin anası. Oğlan ağrıları bədəni ilə, ana isə ürəyilə çəkir. Daim xəstə övladının yanındadır. Onun halını görüb varından yox olur, inildəyir, sızıldayır, “Allahım, bu əzab-əziyyəti, bu dərdi niyə bizə yaşadırsan?!” deyə fəryad edir.
Oğlan - Hüseyn də bir yandan ağrılardan üzülür, digər tərəfdən, doğma, əziz anasına dərd verdiyinə görə sıxılır. Sağalmağa, yaxşı olmağa çalışır. Övlad üçün nələr çəkmir, nələrə sinə gərmir analar?
“Kəpənəyin dili ilə” kitabının iki müəllifi var. Onlardan biri (Ülviyyə Nağıyeva) xəstə Hüseynin anasıdır. Ana övladının sağalması, ağrılarının yüngülləşməsi üçün cani-dildən çalışır, onun yatağının başını kəsdirib qulluğunda durur, ona ürək-dirək verir. Ülviyyə xanım kitabda keçən illəri yada salır, oxucunu təsirləndirir, özü də kədərlənir, sızıldayır, təəssüf edir.
Digər müəllif (Vüsalə Əmiraslanova) birinci müəllifin (Ülviyyə Nağıyevanın) həyat yolunu izləyir, hiss-həyəcanlarını göz önünə gətirir, övladı üçün bu xanımın nələrə qatlaşdığını təsəvvürdə canlandırır, Ülviyyə xanımın və övladının yaşadıqlarına psixoloji baxımdan yanaşır.
Kitab həyatın ən ağır sınaqları ilə üzləşən analara və onların hələ kiçik yaşlarından həyat və ölüm arasında qalan, çarpışan övladlara həsr edilib.
Analara müraciətlə deyilir: “Bilirəm ki, bu ağrını sözlərlə təsəlli etmək mümkün deyil. Göz yaşlarınız heç vaxt tam qurumayacaq, qəlbinizdəki boşluq heç vaxt dolmayacaq. Amma əminəm ki, hər birinizin bağrında bir günəş kimi parlayan, izini silməyən o körpə ruhları hələ də sizinlədir. Onlar sevgimizlə yaşayır, dualarımızda nəfəs alırlar”.
İkinci müəllif (Vüsalə Əmiraslanova) psixoloji məqamları xatırlatmaqla digər müəllifin (Ülviyyə Nağıyeva) ağrılarını yüngülləşdirməyə, yaralarına məlhəm qoymağa çalışır. Acı xatirələri “şirinləşdirmək”, onlara “bal” qatmaq, ağrı-acısını yüngülləşdirmək istəyir. Həyatın həqiqətən gözəl olduğuna, yaşananların ötüb keçəcəyinə, xoş ovqata sahiblənə biləcəyinə inam yaratmğa can atır, ona gözəlliklərdən yararlanmağı məsləhət görür.
Müəllif valideynlərə öz övladlarını mühafizə etməyi, öz sevgilərini, qayğılarını onlardan əsirgəməməməyi tövsiyə edir. Uşaqlıq illərində alınan zərbələr, zədələr, naqis tərbiyə, ailə ixtilafları, boşanmalar, natamam ailə şəraiti ömrü boyu uşaqları müşayiət edir, onları sıxır. Hətta sağlamlıqlarında da problemlər yaradır. Bu kitabdakı kimi.
Əsərin qəhrəmanı (yeniyetmə Hüseyn) valideynlərini çox sevir. Hər ikisini. Anası kimi atasını da həmişə yanında görmək istəyir. Fəqət ata öz ailəsinə, həyat yoldaşına, övladlarına münasibətdə laqeyddir. Xəstə uşağın ataya, onun qayğısına ehtiyacı var. Lakin ata öz ailəsini atıb gedib. Atasızlıq övladın varlığında tüfanlar, fırtınalar yaradır. Səhhətində problemlər baş qaldırır.
Nəvazişlə oğlunun boynunu qucaqlayanda ananın əlləri titrəyir, sanki onu ildırım vurur. Övladının boynunda yad düyünlərin olduğunu görür. Övladının təəssüratını oxuyaq:
“Həmin an mən nəyin baş verdiyini tam anlamırdım. Sadəcə hiss edirdim ki, anam məndəki nəyəsə toxunur. Elə bir şeyə ki, o da, mən də hələ adını bilmirdik. Amma o artıq bədənimdəydi. Və o toxunuşla birlikdə – sanki illərlə içimdə yığılıb qalmış bir sirr tərpəndi. Boynumda… Bədənimin ən həssas yerində, bir neçə bərk, aydın hiss edilən düyünlər vardı. O vaxtlar onlar mənim üçün sadəcə adını bilmədiyim qəribə, yad bir varlıq idi. Sonralar, böyüdükcə, mən və anam birlikdə onlara ad verdik. Öz dilimizdə, öz içimizdə - “əclaf”,- deyirdik onlara. Çünki onlar sadəcə bir bioloji dəyişiklik deyildi. Onlar bədənimdə nə isə mənə aid olmayan, məndən nə isə almağa çalışan bir şey idi. Onlar mənə, bədənimə, ruhuma sahiblənmək istəyirdilər. Enerjimi, canımı, toxunulmaz sandığım məkanları zorla özlərinə çəkirdilər - sanki susduğum, gizlətdiyim, ifadə edə bilmədiyim hər şey illərlə yığılıb bir maddəyə çevrilmişdi”.
Həkim müayinəsi, halsızlıq xəstəxana həyatını labüd edir. Fəqət həyat gözəldir! Heç kim bu həyatdan tez getmək istəmir. Hansı vəziyyətdə olsa belə. Ana və həkim qayğısı, xəyali dost əsər qəhrəmanımızın yaşamaq, mövcud olma imkanını artırır. Həyat eşqi qalib gəlir.
Hər dəfə yaranmış müxtəlif vəziyyətlərdə psixoloqun (Vüsalə Əmiraslanovanın) psixoloji yanaşmaları ilə diqqət mərkəzinə gəlir. Bu yanaşmalar hadisələrin uğurla nəticələnməsinə özünəməxsus şəkildə müsbət təsir göstərir.
Fikrimiz belədir ki, “Kəpənəyin dili ilə” kitabı oxucular tərəfindən maraqla qarşılanacaq və sevilə-sevilə oxunacaq!
Akif Nurağa oğlu Abbasov,
pedaqogika elmləri doktoru, professor,
Əməkdar müəllim,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 Noyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri