Icma.az
close
up
RU
İlk səma şahinimiz

İlk səma şahinimiz

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Adını sürdüyü hərbi təyyarənin havada buraxdığı izlərlə əbədi olaraq səmalara yazmış Fərrux ağa Qayıbov hərb sənətimizin parlaq ulduzlarından biridir. O, ilk azərbaycanlı səma şahini kimi tarixə düşüb.

Düz 135 il əvvəl – 1891-ci il oktyabr ayının 2-də indiki Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuş Fərrux ağa “Artilleriya allahı” general Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyub, sonra Sankt Peterburqda təhsilini davam etdirib. Birinci Dünya müharibəsi başlananda Qərb cəbhəsindəki 1-ci aviasiya korpusuna göndərilib. Poruçik (zabit rütbəsi) kimi xidmət etdiyi çar ordusunda, rus həmkarları arasında özünün zirəkliyi, gözlə dəqiq ölçmə qabiliyyəti və igidliyi ilə fərqlənib, məşhur Azərbaycan hərbçiləri Əliağa Şıxlnski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Teymur bəy Novruzov və doğma atası Məmmədkərim ağa Qayıbov kimi bahadır olmaq istəyini reallaşdırmağa çalışıb.

Qeyd edək ki, Fərruxun atası Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun 4-cü müsəlman vzvodunda yunker kimi qulluq etmiş, Müqəddəs Stanislav ordeninə layiq görülmüşdü. Onların qohumu olan görkəmli sərkərdə Şıxlinskinin həyat yoldaşı və məsləkdaşı Nigar xanım Qayıbova isə tarixə ilk azərbaycanlı hərbi şəfqət bacısı kimi daxil olub.

Arzu qanadlarında döyüş təyyarəsini səmalarda səyirdən poruçik Qayıbov hələ kursant olduğu vaxt bacarıqla atəş açdığına görə 1-ci mükafat “Pavel Bure” qızıl saatı qazanmışdı.

Televiziyada birlikdə çalışdığım araşdırmaçı-jurnalist, ötən il haqqın dərgahına qovuşmuş Şəmistan Nəzirli 2007-ci ildə çap etdirdiyi “Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov” adlı kitabında yazırdı: “Salahlı kəndindən olan gənc hərbi karyerasının ilk addımlarını atırdı. O zaman Qayıbov hələ bilmirdi ki, onun həyatı şimşək qığılcımı kimi parlaq, lakin qısa olacaq”.

Ş.Nəzirli ona işarə edirdi ki, Qayıbov qəhrəmanlıqla həlak olanda cəmi 25 yaşı olub. 1916-cı il sentyabrın 12-də Vilnüs istiqamətində onun da ekipaj üzvü olduğu “İlya Muromets-16” hərbi təyyarəsi 4 alman qırıcısına qarşı qeyri-bərabər döyüşdə düşmənə üstün gəlib, düşmən arxasına keçərək, canlı qüvvə və texnikaya böyük zərbələr endirib. Təəssüf ki, Qayıbovun heyəti özü də həmin gün həlak olub. Cəsur soydaşımız heyət üzvləri D.Makşeyev, M.Raxlin və O.Karpovla birlikdə yalnız fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əsgəri qəhrəmanlıq göstərmiş hərbi qulluqçulara verilən Müqəddəs Georgi ordeninə layiq görülüb.

Mərhum həmkarımın yazdığına görə, onun arxivdə araşdırdığı sənədlər arasında 1916-cı ildə Qərb cəbhəsində döyüşən 10-cu ordunun baş komandiri olmuş general Şıxlinskinin “İlk Azərbaycan pilotu” adlı yazısı (1942) xüsusi dəyərə malikdir. Orada göstərilir ki, 16-cı hava gəmisinin zabiti poruçik Qayıbov Qərb cəbhəsi qərargahının tapşırığı ilə Baruniyə hücum etmiş, intendant və artilleriya anbarlarını, aerodromu, alman ehtiyat diviziyasının mövqelərini bombardman etmişdir. Rəqibin qasırğa kimi atəşlərinə baxmayaraq, Qayıbov özünə xas böyük cəsarətlə vuruşmuşdur. Düşmən qırıcılarını məhv edən Qayıbovun “Muromets”i aldığı ciddi zədədən yerə düşmüş və partlamışdır.

Maraqlıdır ki, səhəri gün Kayzer ordusu təyyarəsinin atdığı kağızlarda yazılıbmış: “Qəhrəmancasına vuruşmuş Qayıbovu və onun heyətini alman əsgərləri hərbi ənənəyə uyğun olaraq ehtiramla dəfn etdilər”.

Qısa ömründə şərəfli döyüş yolu keçən Fərrux ağa hələ 2015-ci ildə çar hökumətinin “Müqəddəs Stanislav” (qılınc və bantla birgə) və “Müqəddəs Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) ordenlərinə, eləcə də ölümündən sonra həmin təltiflərin daha yüksək dərəcələrinə layiq görülüb. O, son döyüşünə qədər də dəfələrlə həyatı üçün açıq təhlükə doğuran uğurlu uçuşlar edərək, düşmən düşərgələrinə, anbar, yol və stansiyalarına ziyan vurub.

Fərrux ağa Qayıbovun məzarının dəqiq yeri bir çox illər sonra tapılıb. Sovet dövründə onun qəhrəmanlığından uzun müddət bəhs olunmayıb. Səbəb də bu olub ki, çar ordusunda xidmət edib.

Bundan başqa, Şəmistan Nəzirlinin yazdığına görə, 1971-ci ildə aviasiya marşalı Pavel Kutaxov Qazax-Tovuz bölgəsindən SSRİ Ali Sovetinə deputat seçilərkən yerli ziyalılar ona Birinci Dünya müharibəsinin qəhrəmanı Fərrux ağa Qayıbov haqqında məlumat veriblər. Marşal ona abidə qoyduracağına söz verib və sonra Moskvadan Qazaxa təyyarə heykəli göndərib. Postament üzərində belə bir lövhə olub: “İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə”. Lakin ovaxtkı rayon rəhbərliyi həmin lövhəni təyyarədən sökdürüb və əvəzində belə bir yazı həkk etdirib: “Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə”. Daha nəzərə alınmayıb ki, İkinci Dünya müharibəsində Qazax rayonundan təyyarəçi kimi vuruşan olmayıb. Sonra həmin abidəni tamamilə məhv edilməkdən yerli camaat qoruyub.

Həmin abidə-təyyarəyə əsl dəyər, nəhayət, 2016-cı ildə verilib. Abidə bərpa edilərək “Fəxri Qazaxlılar” parkında yerləşdirilib və üzərinə “İlk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov” lövhəsi vurulub. Onu da deyək ki, Qazax şəhərində və Belarusun Qrodno vilayəti Oşmyan rayonunun Barunı kəndində igid hərbi pilot Fərrux Qayıbovun büstləri də ucaldılıb.

Bəli, Mirzə Ələkbər Sabirin “göylərə balonlarla çıxmaq” kimi işıqlı arzusunu Azərbaycanda ilk dəfə məhz Fərrux ağa həyata keçirib. Azərbaycanda təyyarəçilik, aviasiya tarixi 1910-cu ildən ilk şahin F.Qayıbovun qoyduğu təməl daşı ilə yaranıb.

Ə.DOSTƏLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri