Icma.az
close
up
RU
“Kəpəz” bu dəfə beş qol buraxdı

“Kəpəz” bu dəfə beş qol buraxdı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zirə - Kəpəz (Gəncə) 5:0 (3:0)
97. Tyaqo Silva - 5,5
20. İssa Cibrila - 7,5
(21. Hacıağa Hacılı, 73) - 5,0
4. Ruan Renato - 6,0
5. Ange Mutsinzi - 6,0
32. Qismət Alıyev (k) - 7,0
93. Brahim Konate - 6,0
(6. Eldar Quliyev, 73) - 4,0
17. Ayron Qomis - 5,5
11. Junior Martins - 6,5
(28. Leroy Mikels, 64) - 6,0
10. Georgi Papunaşvili - 6,0
(70. Namik Ələskərov, 80) - qiymətsiz
29. Ceyhun Nuriyev - 5,5
(77. Yeqor Boqomolski, 64) - 5,5
9. David Volkov - 5,5
Ehtiyat oyunçular
41. Anar Nəzirov
13. Aydın Bayramov
8. İsmayıl İbrahimli
16. Fuad Bayramov
14. Elçin Əlicanov
26. Stefan Aka
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: İssa Cibrila
1. Kasper Rosa - 4,0
27. Məqsəd İsayev - 4,5
(7. Ehtiram Şahverdiyev, 78) - qiymətsiz
38. Cefferson Bentu - 4,0
15. Raul Məmmədov - 4,0
88. Şakir Seyidov - 4,5
19. Otar Aptsiauri - 4,0
(77. Fərid Nəbiyev, 43) - 4,5
6. Pedro Qomeş - 4,0
24. Olavale Onanuqa - 3,5
(10. Rinosuke Ohori, 43) - 5,0
12. Mahamadu Ba (k) - 4,5
55. Kresus Donqo - 4,5
(11. Vitor Feyjao, 57) - 4,5
9. Luis Paçu - 4,0
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
81. Elgün Hüseynov
99. Əli Səmədov
17. Ümid Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
Baş məşqçi: Adil Şükürov
Komandanın ən yaxşısı: Rinosuke Ohori
Qollar: Q.Alıyev, 13 (1:0). İ.Cibrila, 33 (2:0). J.Martins, 37 (3:0). Y.Boqomolski, 71 (4:0, İ.Cibrila). D.Volkov, 81 (5:0, N.Ələskərov).
Vərəqələr: R.Məmmədov, 14 (qeyri-idman hərəkəti). P.Qomeş, 45+3 (qeyri-idman hərəkəti). N.Ələskərov, 82 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
30 avqust. Zirə. Olimpiya Kompleksi. 700 tamaşaçı (1000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 1 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
İlk iki turdan 6 qol buraxan, qələbə qazanmayan “Kəpəz”in azarkeşləri bu oyunda nə qədər çətin olsa da, sevimli komandasından qələbə gözləyirdi. Oyundan əvvəl futbolçuları yanına çağıran “Xəmsə” onlara inandığını desə də, bu inam cəmi 33 dəqiqə yaşadı. Belə ki, “Zirə”nin ikinci qolundan sonra sanki azarkeşlərin “qolu-qanadı qırıldı”. Həmin ana qədər olanlara nəzər salaq. İlk təhlükəli vəziyyət cərimə meydançasından bir az kənarda cərimə zərbəsi ilə yaşandı. 13-cü dəqiqədə Qismət Alıyev topa yaxınlaşdı, yaxşı da zərbə vurdu. Top elə getdi ki, sanki qapıya daxil olmaq üçün “alışıb-yanırdı”. Başqa istiqamətə getdiyi hiss olunsa da, qapıçının dəf edəcəyi təxmin edilsə də, bu baş vermədi və hesab açıldı - 1:0.
17-ci dəqiqədə Mutsinzi müdafiədən irəliyə əla ötürmə verdi. Volkov Raulu qabaqlasa da, “çərçivə”yə düşə bilmədi. 27-ci dəqiqədə gəncəlilər hesabı bərabərləşdirməyə yaxın idi. Künc zərbəsindən sonra Bentu topu qapıya yönəltdi. Tyaqo topu çıxara bilməsə də, ən yaxın dostu - dirək onun köməyinə çatdı. 33-cü dəqiqədə İssa hamıya dejavü yaşatdı. Belə ki, bir ay əvvəl Splitdə “Hayduk”un qapısına vurduğu qola oxşarını yenə də vurdu. Baxımlı qolla hesab arasındakı fərq artdı. 37-ci dəqiqədə fərq daha biabırçı həddə çatdı. Qismətin cinahdan qapı qarşısına asmasından sonra Volkov başla yaxşı zərbə vurdu. Qapıçı əla qurtarış etsə də, qayıdan topu ünvanına çatdıran Martins hesabı 3:0 etdi. Qola isə sevinmədi. “Kəpəz” azarkeşləri komanda qol buraxsa da, bu jestə görə sabiq futbolçularını alqışladılar. Bundan sonra hər kəs ilk yarının bitməyini gözləyirdi. Qəsəbə təmsilçisinin meydanın mərkəzində topa nəzarət etməsi ilə ilk yarı başa çatdı.
İkinci hissəyə gəncəlilər yaxşı başladı. Donqonun ötürməsindən sonra Paçu hesab arasındakı fərqi azaltmağa yaxın idi, lakin bacarmadı - müdafiəçilər imkan vermədi. 65-ci dəqiqədə meydana bir neçə saniyə əvvəl çıxan Boqomolski də qol vura bilərdi. Amma belaruslu hücumçu qapıçıdan qayıdan topu boş qapıya göndərə bilmədi. İki dəqiqə sonra Mikels uzaqdan qapını yoxladı, Rosa kritik seyv etdi. 71-ci dəqiqədə “Zirə” əla hücuma çıxdı. Cibrila əvvəlcə Şakiri, sonra Raulu keçdi. Yeqora ötürdü və top səkərək qapıya daxil oldu. Oyundakı son təhlükəli vəziyyət də qolla nəticələndi. Namikin künc zərbəsindən ötürməsini Volkov başı ilə məntiqi sonluğa çatdırdı. Beləliklə, “Zirə” bu mövsüm ikinci qələbəsini qazandı, “Kəpəz” isə ardıcıl 3-cü oyunda məğlubiyyətə düçar oldu, buraxılan qol sayı da 11-ə çatdı.
Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev və yığmanın məşqçisi Rəşad Eyyubov da var idi.
* Martins qol vurub sevinmədi, “Xəmsə” onun həm qolunu, həm də meydandan çıxmasını ayaqüstə alqışladı.
* Gəncəli azarkeşlər “Erkin, çıx üzə, “Kəpəz” dağılır”, “Erkin, hardasan, harda itib-batmısan?”, “Erkin istefa, Adil istefa” kimi şüarlar səsləndirdi.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri