Icma.az
close
up
RU
Kəpəz də növbəti təyinatlar İlqar Nadiri və Cabir İbrahimov yüksək vəzifələrdə!

Kəpəz də növbəti təyinatlar İlqar Nadiri və Cabir İbrahimov yüksək vəzifələrdə!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəpəz"lə bağlı uzun müddətdi cavabsız qalan xeyli suala mayın 10-da aydınlıq gəldi.

Xatırlayırsızsa, həmin gün Gəncə təmsilçisinin İdarə Heyətinə yeni sədr seçildi. Bu vəzifə Namiq Qədirova tapşırıldı. İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olundu.
Məlum olduğu kimi, Namiq Qədirovun kluba həm də maliyyə ayıracağı haqda bilgilər var. Düzü, futbol ictimaiyyəti adı çəkilən şəxsin "sarı-göylər"in tarixi əzəmətini bərpa edəcəyini, hətta komandanın 2025/26 mövsümündən etibarən avrokuboklarda mübarizə apara bilməsi üçün ciddi maliyyə dəstəyi göstərəcəyini düşünürdü. Hər halda, həm gözləntilər bu yöndə idi, həm də mətbuatda bu barədə onlarla xəbər tirajlanmışdı. Ancaq Erkin bəyin ötən həftə qəzetimizə verdiyi açıqlama məhz bu mövzuya aydınlıq gətirdi. Bəlli oldu ki, klubun yeni söz sahiblərinin faəliyyətinin əsas məqsədi akademiya ilə bağlı olacaq. Yəni Namiq bəy və ətafında toplaşan şəxslər yeniyetmə futbolçuların inkişaf etdirilməsiylə məşğul olmağa üstünlük verəcək, nəinki Gəncə adını Avropaya daşımağa...
İş ondadı ki, klubla bağlı yanılmalar bununla bitmir. "Sarı-göylər" bu yaxınlarda, daha doğrusu, mayın 25-də baş məşqçi Azər Bağırovla yolları ayırmaqla xeyli azarkeşlərin pis sürpriz kimi qiymətləndirdiyi növbəti addımı reallaşdırdı. Bəli, hadisələlərin axarına "gedəni saxlamaq olmaz" prinsipiylə yanaşmaq olardı. Ancaq mütəxəssisin komandadan ayrılandan sonra televiziya efirlərinə çıxıb "baş məşqçinin işinə heç kim qarışmamalıdı, o özü heyəti formalaşdırmalıdı, futbolçuları seçməlidi" ifadələrini işlətməsi tərəflərin konkret hansı mövzuda anlaşa bilmədiyini ortaya qoyur.
Görünür, yeni rəhbərlik Azər Bağırovun yalnız komandanı baş məşqçi kimu meydana çıxarmaq funksiyasını saxlamaq, qalan işləri özləri görmək niyyətində imiş ki, mütəxəssis ildən-ilə gərginliyi artan, mübarizənin qızışdığı çempionatda belə risk etmək istəməyib.
Bu arada redaksiyamıza daxil olan məlumata görə, 2022-ci ilin sentyabrında klubun İdarə Heyətinin sədri seçilən İlqar Nadiri (o, bunadək icraçı direktor idi) yenidən icraçı direktor vəzifəsinə gətirilib. Buna qədər icraçı direktor vəzifəsində olan Cabir İbrahimov isə "Kəpəz" Məşq Mərkəzinin rəhbəri postunda əyləşəcək.
Hər halda, hazırda "Kəpəz"lə bağlı yeganə konkretləşməyən məqam baş məşqçinin kimliyidi. Bəllidi ki, heyətlə bağlı məsələlər də məhz bu mövzuya aydınlıq gələndən sonra müzakirəyə çıxarılacaq. Bizə isə hadisələrin axarını izləmək qalır.
Görək, yeni rəhbərliyin klub tarixində açdığı yeni səhifə səliqəli olacaq, yoxsa qaralamaya çevriləcək?
KƏNAN BAHADIR 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyun 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri