Qarabağ ın qələbəsi dünyanın DİQQƏTİNDƏ Bakının dondurucu soyuğundan qaçdılar
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gecə "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində Almaniya təmsilçisi "Eintracht Frankfurt" üzərində dramatik 3:2 hesablı qələbə qazanıb.
BAKU.WS-in məlumatına görə, gərgin keçən matç "Qarabağ"ın əzmkar mübarizəsi və mükəmməl son dəqiqə qolu dünya KİV-in manşetlərini bəzəyib.
"As.com" nəşrinin təqdimatına görə, Azərbaycan komandası 94-cü dəqiqədə Almaniya komandasını məğlub etdi (3:2) və pley-offa vəsiqə qazanmaq şansını qoruyub saxladı.
"Onlar Liverpulla final matçında bunun üçün mübarizə aparmalı olacaqlar", - nəşr vurğulayıb.
"Sportsdunia" ötən günü "inanılmaz Çempionlar Liqası gecəsi" adlandırıb.
"Tofiq Bəhramov stadionunda inanılmaz Çempionlar Liqası gecəsi keçirildi. "Qarabağ" "Ayntraxt Frankfurt"u 3:2 hesabı ilə məğlub etdi. Ev sahibləri əsas hissələrdə üstünlük göstərdilər və yaddaqalan qələbəni təmin etmək üçün son dəqiqələrdə dramatik qələbə qolunu vurdular".
"Ayntraxt Frankfurt"un ağ formalı adamları ağdam təmsilçisi olan "Qarabağ" komandasının qara geyimli oyunçuları arasında yoxa çıxdı və sonra mümkün qədər tez soyunma otağına qayıtdı. Çempionlar Liqasında son dəqiqədə acı nokautdan sonra Robin Koç və komanda yoldaşları sadəcə Bakının dondurucu soyuğundan uzaqlaşmaq istəyirdilər", - bu cümlələr "Welt.de" nəşrinin səhifələrində yer alıb.
"Reuters" nəşri:
""Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə ötən gecə evdə "Ayntraxt Frankfurt" üzərində 3:2 hesablı qələbə qazandığı oyunda komandasının Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq ümidini son dəqiqələrdə qoruyub saxlayan qələbə qolunu vurdu".
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Yanvar 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















