Icma.az
close
up
RU
Kəpəz in gürcüstanlı futbolçusu: Turan Tovuz la oyunda yanlış heç nə etməmişəm MÜSAHİBƏ

Kəpəz in gürcüstanlı futbolçusu: Turan Tovuz la oyunda yanlış heç nə etməmişəm MÜSAHİBƏ

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz"in yeni transferi Rati Ardazişvili "Report"a müsahibə verib. Gürcüstanlı futbolçu Gəncə klubuna keçidindən və uyğunlaşma prosesindən danışıb. O, Premyer Liqanın XIX turunda "Turan Tovuz" üzərində qazandıqları böyükhesablı (5:2) qələbəni və digər məqamları dəyərləndirib.

- "Kəpəz"ə keçidiniz necə baş tutdu?

- Bura gəlməmişdən öncə müəyyən qədər araşdırma apardım. Klubda peşəkarların çalışdığını gördüm və yaxşı münasibət hiss etdim. Ona görə "Kəpəz"dən gələn təklifi dəyərləndirdim. İnanıram ki, bu komanda ilə yaxşı işlər bacaracağıq.

- Azərbaycanı seçməyinizə nə səbəb oldu?

- Futbolda belə hallar olur. Amma əvvəlcədən harada oynayacağınızı müəyyənləşdirə bilməzsiniz. Zaman elə gətirdi ki, bu gün Azərbaycandayam. Hər şey anidən oldu. Çox xoşdur ki, "Kəpəz"in futbolçusuyam.

- Turnir cədvəlində son sıralarda qərarlaşan komandaya transfer olmaq sizi narahat etmir?

- Mən belə düşünmürəm. Çünki son oyunumuz da göstərdi ki, komanda yuxarı pillələrə yüksələ bilər. Düşünürəm ki, baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirə bilsək və son məqamlarda dəqiq oynasaq, "Kəpəz" Premyer Liqadakı yerini qoruyacaq. Hətta bir neçə pillə yuxarı qalxacağımızı da istisna etmirəm.

- Daha əvvəl Ukrayna, Qazaxıstan və Litva klublarında çıxış etmisiniz. Azərbaycanı bu ölkələrlə necə müqayisə edərdiniz?

- Düzgün vurğuladınız, bir neçə ölkədə olmuşam. Əslində adıçəkilən ölkələrin hər birində futbolçular daha çox fiziki hazırlığa üstünlük verirlər. Demək olar ki, hər 3 ölkənin futbol düşüncəsi eynidir. Azərbaycanda isə diqqətimi çəkən o oldu ki, hər bir oyunçu topla daha çox rəftar etməyi xoşlayır. Üstəlik, ölkənizdə futbolu çox sevirlər.

- Kollektivə uyğunlaşa bilirsiniz?

- Komandada yaxşı ab-hava var. Yoldaşlarımla birlikdə növbəti oyunlara hazırlaşırıq. Hiss edirəm ki, onların hər biri "Kəpəz"in uğur qazanması üçün çalışırlar. Düşünürəm ki, uyğunlaşma ilə bağlı problem yaşamayacağam.

- Misli Premyer Liqasında bir neçə gürcüstanlı futbolçu çıxış edir. Aralarında tanıdıqlarınız var?

- Xüsusi münasibətim olan yoxdur. Lakin Azərbaycan çempionatında gürcü oyunçuların mübarizə apardıqlarından xəbərdaram. Aralarında izlədiklərim də olub. Çalışqan və intizamlı futbolçulardır.

- XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldiniz. Bu, "Kəpəz"in heyətində ilk matçınız idi. Görüş barədə nə deyə bilərsiniz?

- Turnir cədvəlindəki yerimizə baxanda, bu matçın bizim üçün çox vacib olduğunu bilirdim. Oyundan öncə komandama inanırdım. Çünki heyətdə yüksək potensiala malik futbolçular var. Çox şadam ki, qələbə qazana bildik. Debüt görüşümdə böyük hesabla qalib gəlmək sevindiricidir. Sübut edəcəyik ki, "Kəpəz" heç də zəif deyil. "Turan Tovuz"a 5 qol vura bilmişiksə, deməli, səhvsiz oynamışıq.

- "Turan Tovuz"la qarşılaşmanın sonlarında rəqib azarkeşlərlə aranızda gərginlik yaşandı. Orada dəqiq nə baş verdiyini izah edə bilərsiniz?

- Futbolda belə hallar olur. Video görüntülərdən də izləyə bilərsiniz. Mən yanlış heç nə etməmişəm. Təbii ki, rəqib azarkeşlər məğlub durumda olduqlarına görə narazılıq edirdilər. Onları başa düşürəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://report.az
archiveBu xəbər 23 Yanvar 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri