“Kəpəz” və “ArazNaxçıvan”dan qollu seriyalar İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının XIV turunun ilk günündə üz-üzə gələcək “Kəpəz” və “Araz-Naxçıvan”ın matçı rəqiblərin ölkə çempionatları tarixində 10-cu qarşılaşması olacaq.
İdman.biz xəbər verir ki, yubiley – 10-cu duelə çıxacaq rəqiblərin ilk matçı 24 il əvvələ təsadüf edib.
Əvvəlki 9 oyunda “Kəpəz” ikiqat üstünlüyə malikdir. Gəncə klubu 6 dəfə qalib gəlib. Naxçıvan təmsilçisinin 3 uğuru var.
Top fərqi də “Kəpəz”in üstünlüyünü göstərir. 20 qol vuran komanda 9 top buraxıb.
Hər iki komanda yubiley duelinə qol seriyası ilə çıxacaq. “Araz-Naxçıvan” son üç oyunda meydanı qolsuz tərk etməyib. “Kəpəz” isə evdəki bütün matçlarda qol sevinci yaşayıb.
29.10.2000
Araz - Kəpəz
1:3
22.04.2001
Kəpəz – Araz
6:0
15.09.2001
Kəpəz – Araz
4:1
05.12.2001
Araz - Kəpəz
2:0
03.09.2023
Kəpəz - Araz-Naxçıvan
1:2
10.11.2023
Araz-Naxçıvan - Kəpəz
0:1
05.02.2024
Kəpəz - Araz-Naxçıvan
3:1
05.04.2024
Araz-Naxçıvan - Kəpəz
1:2
13.09.2024
Araz-Naxçıvan - Kəpəz
1:0
Qeyd edək ki, Tovuzda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” görüşü saat 17:00-da başlayacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















