Kəpəzin baş məşqçisi: İmişli ilk dəqiqələrdən yaxşı müdafiə olundu
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu.
"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "İmişli"yə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildiirb:
"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma yararlana bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, "İmişli"yə 1:0 hesabı ilə qalib gələn "Kəpəz" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.
Baxış sayı:102
Bu xəbər 04 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















