“Kəpəz”in “göndəriş vərəqəsi”... Foto
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Azərbaycan Premyer Liqasında “Neftçi”yə və “Səbail”ə qalib gəlib bu komandalarda baş məşqçi istefasına səbəb olan “Kəpəz” klubu maraqlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, klubun rəsmi səhifəsindəki posterdə həmin oyunlardan sonra vəzifəsindən ayrılan “Neftçi”nin sabiq çalışdırıcısı Roman Qriqorçuk və “Səbail”in keçmiş baş məşqçisi Şahin Diniyevin şəkli öz əksini tapıb.
Paylaşımın açıqlama hissəsinə isə “göndəriş vərəqəsi” sözləri yazılıb.
Qeyd edək ki, “Kəpəz” Azərbaycan çempionatının 9-cu turunda “Neftçi”ni 4:3 hesabı ilə məğlub etdikdən sonra“ağ-qaralar”ın məşqçisi Roman Qriqorçuk uğursuz nəticələrə görə postundan göndərilib.
12-ci turda isə Gəncə təmsilçisi “Səbail”i doğma meydanda 1:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra “dənziçilər”in çalışdırıcısı Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb.
Bu məqamda “Kəpəz”in məğlubiyyətlərdən sonra məşqçiləri göndərilən klublara aid paylaşdığı posteri təqdim edirik:

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Noyabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















