Icma.az
close
up
RU
Kərə yağı adı ilə satılan marqarin və ya sağlamlığımız risk altında

Kərə yağı adı ilə satılan marqarin və ya sağlamlığımız risk altında

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekspert: “Müstəqil laboratoriyalar olmadığı üçün məhsulun tərkibi haqqında məlumat əldə etmək demək olar ki, mümkün deyil”

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Bu barədə AQTA-nın məlumatında qeyd edilib. Bildirilib ki, Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə hesab edir ki, kərə yağı ilə bağlı Azərbaycan bazarında böyük problemlər illərdir ki, mövcuddur. Ekspert AYNA.AZ-a bildirib ki, illərdir bu barədə SOS siqnalı verir: “Uzun mübarizədən sonra AQTA-ya başa sala bildim ki, satışdakı 13-14-15 manata olan "kərə yağları" kərə deyil, Böyükşor qəsəbəsində və ya Məhəmmədi kəndində palmadan marqarindən hazırlanan yağlarıdır. Nəhayət yoxlamaya başladılar və bunu aşkar etdilər. Bəyan etdilər ki ticarət şəbəkəsindən saxta yağlar yığışdırılır. Bu, yaxşı xəbərdir. Lakin həmin yağlar marketlərdə satılmaqda davam edir”.

“Bilirsiniz, bütün dünyada bir çox məhsullarda təbii inqrediyentlər süni ilə əvəz olunur və əhalinin böyük əksəriyyəti maliyyə imkanları aşağı olduğundan onları almaq məcburiyyətindədir. Məhsuldarlığı artırmaq və xərcləri azaltmaq üçün kənd təsərrüfatı məhsullarında kimyəvi maddələrdən geniş istifadə olunur. İdxalçılarımız keyfiyyətli məhsul adı altında daha ucuz və keyfiyyətsiz məhsullar gətirib satmağa başladılar. Bu, xüsusilə süd məhsulları ilə tez-tez olur. Məsələn, mağazalarımızda müxtəlif adlar altında “Belarus istehsalı” yazılan kərə yağının kiloqramı 13-14 manata satılır. Halbuki Belarusda belə brendlər yoxdur, hətta onların Bakıdakı rəsmi mağazalarında da yağ 24 manatdan aşağı satıla bilməz. Bu, o deməkdir ki, bu yağ palma mənşəli, ən yaxşı halda marqarindir. Eyni şey “Yeni Zelandiya” adı altında satılan yağa da aiddir”, - ekspert vurğulayıb.

Onun sözlərinə görə, müstəqil laboratoriyalar olmadığı üçün məhsulun tərkibi haqqında məlumat əldə etmək demək olar ki, mümkün deyil: “İstənilən məhsulun üzərinə hər şeyi yaza bilirlər. Onsuz da müstəqil şəkildə heç kim onu yoxlaya bilmir. İstehlakçıların heç bir hüququ yoxdur, yoxlama imkanı yoxdur. Bu isə istehsalçı və satıcılar üçün əlverişli şərait yaradılıb. İstehlakçı hüquqları qanunu ancaq kağız üzərində mövcuddur. Müstəqil laboratoriyalar və keyfiyyətə nəzarət olmasa, əhalinin sağlamlığı risk altında olacaq. Hesab edirəm ki, dövlət qurumu olan AQTA bütün növ yağlarla bağlı araşdırmalar aparmalıdır. Görünən odur ki, artıq araşdırmalara başlanılıb. Bu araşdırmalar davamlı həyata keçirilməlidir. Əhalinin sağlamlığının qorunması istiqamətində addımların atılması mütləqdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri