Icma.az
close
up
RU
Kərə yağını kimlər yeməməlidir? Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağını kimlər yeməməlidir? Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər.

Milli.Az xəbər verir ki, kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddindən artıq qəbulu qanda lipoproteinlərin, LDL-in səviyyəsini artıra bilər.

Süd zülalına allergiyası olanlar

Kərə yağında süd zülalları qala bildiyindən inək südü zülalına təsdiqlənmiş allergiyası olan şəxslərdə allergik reaksiya yarana bilər. Bu reaksiyalar səpgi, qaşınma, şişkinlik, qusma və digər əlamətlərlə özünü göstərə bilər.

Belə şəxslər məhsulların tərkibini diqqətlə yoxlamalı və həkimin tövsiyələrinə əməl etməlidirlər.

Xolesterini yüksək olanlar

Kərə yağının tərkibindəki doymuş yağlar LDL səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Buna görə analizlərində bu göstəricisi yüksək olan şəxslər qidalanmalarını həkimlə müzakirə etməlidirlər.

Lakin yüksək xolesterini olan hər kəsə kərə yağını tamamilə qadağan etmək düzgün yanaşma deyil. Əsas məsələ ümumi qidalanma, doymuş yağların miqdarı və onların hansı məhsullarla əvəz edilməsidir.

Amerika Ürək Assosiasiyası doymuş yağların əvəzinə daha çox doymamış yağlara üstünlük verməyi tövsiyə edir. Bu baxımdan yeməklərin hazırlanmasında zeytun və günəbaxan yağından istifadə etmək, rasiona qoz-fındıq, toxumlar və balıq daxil etmək mümkündür.

Ürək-damar xəstəliyi olanlar

Ürəyin işemik xəstəliyi olan, infarkt və ya insult keçirən şəxslər üçün qidalanma sonrakı ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır.

Bu zaman rasiondakı doymuş yağların ümumi miqdarına nəzarət etmək lazımdır. Kərə yağının tamamilə çıxarılıb-çıxarılmaması və hansı miqdarda istifadə olunması fərdi tövsiyələrdən asılıdır.

Çəkisinə nəzarət edənlər

Kərə yağı yüksək kalorili məhsuldur. Yağlılıq dərəcəsindən asılı olaraq onun 100 qramında təxminən 700-750 kilokalori olur.

Buterbroda, sıyığa, kartofa və digər yeməklərə müntəzəm olaraq çox miqdarda kərə yağı əlavə etmək gündəlik kalori qəbulunu artıra bilər. Buna görə çəkisinə nəzarət etmək istəyənlər porsiyaların ölçüsünü nəzərə almalıdırlar.

Nə qədər yemək olar?

Hər kəsə uyğun vahid norma yoxdur. Məqalədə sağlam yetkin insanın balanslaşdırılmış qidalanmasında kiçik porsiyanın yer ala biləcəyi bildirilir. Məsələn, buterbroda və ya bir porsiya sıyığa əlavə edilən 5-10 qram kərə yağı kiçik porsiya nümunəsidir, hamı üçün gündəlik norma deyil.

Təkcə kərə yağını azaltmaq kifayət etməyə bilər. Yağlı ət, qaymaq, yağlı pendir, kolbasa və bəzi un məmulatları da doymuş yağ mənbəyidir. Buna görə rasion bütövlükdə qiymətləndirilməlidir. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2026 07:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri