Icma.az
close
up
RU
Kərə yağının qiyməti bahalaşıb Nə edək, yaşamayaq?!” “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə...

Kərə yağının qiyməti bahalaşıb Nə edək, yaşamayaq?!” “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə...

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib.
Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub.
“Yeni Müsavat”ın əməkdaşı bir neçə marketdə olub, qiymətlərlə maraqlanıb. Qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış nöqtəsinə görə dəyişir. Nizami rayonunda yerləşən supermarketlərin birində qiymətləri öyrənirik. Misal üçün:
“President” yağı (1 kq, 82%) - 34 AZN
Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55 AZN
Almaniya istehsalı olan “Gerda” (1 kq)  isə 27.50 AZN
“Best Cow” yağı (1 kq) - 23.19 AZN
“Westgold” (1 kq) - 23.90 AZN
Zellandiyanın “Colden Crown” yağı (1 kq) -  22.90 AZN
Belarusun “BelMas” (1 kq) yağı - 22.90 AZN
“Maslo Litovskoe” (1 kq) - 21.99 AZN
“Zellandiya” yağı (1 kq) - 21.50 AZN
“Golden Crown” yağı (1 kq) - 17.90 AZN
“Belorusskoe” (1 kq)  - 20.99 AZN
“Tulçinka” (1 kq)  - 9.28 AZN-ə satışa qoyulub. 
Göründüyü kimi, marketlərdə qiymətlər ötən aylara nisbətən xeyli artıb. Alıcılar deyir ki, qiymətlər demək olar ki, hər gün bahalaşır.

Bizimlə söhbətdə Bakı sakini Zərifə Məmmədovanın sözlərinə görə, ötən ay aldığı yağın qiyməti üç dəfə artıb: “Baxın bu, ”BelMas" yağını ötən aylarda 19 manata alırdım, indi 23 manata olub. Mədəm xəstədir, hər yağı yeyə bilmirəm, ucuz yağ yeyən kimi ziyanın çəkirəm. Bu yağa öyrəşmişəm, amma az sayda gətirilir, özü də baha qiymətə. Pulumuz elə yağa çatır".
Ziyafət adlı alıcı da qiymətlərin baha olmasından şikayətləndi: “Dünən aldığımız məhsulu bu gün başqa qiymətdə görürük, belə şey olar? Bütün malların qiyməti qalxıb, amma yağın qiymətinə çata bilməz. Ən ucuz kərə yağları belə bahalaşıb. Nə edək, yaşamayaq?!”
Yeri gəlmişkən, bazarda yerli istehsalçılar və fərdi satıcılar tərəfindən təklif olunan təbii nehrə yağları da mövcuddur. Onların qiymətləri keyfiyyətə və satıcıya görə dəyişə bilər. Amma mütəxəssislərə görə nehrə yadı adı altında satılan bu yağlar da əsil deyil, işbazlar buna da əl ataraq, insanları aldadırlar.
İqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətdə deyib ki, kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirir: “Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir. Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər faktorlardır”. Ekspertə görə, keçən il 14 ay ardıcıl olaraq dünyada yağ qiymətlərində, ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib: “Yağ məhsulları ölkəmizə əsasən üç istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir - Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır - Rusiya və Belarus. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələridir - Fransa, Niderlanddır. Yəni, hər üç istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi. Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə stabilləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə də bizim bazara da təsir etdi”.
Ekspertə görə 2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlmişdir. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.
Noyabr ayında isə kərə yağının qiymətində əlavə artım qeydə alınıb. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı, dekabr ayında 23,95 manata qədər bahalaşıb. Bu, bir ay ərzində təxminən 10% qiymət artımı deməkdir. Ümumiyyətlə, kərə yağı qiymətlərinin artması həm qlobal bazarlardakı dəyişikliklər, həm də yerli istehsal və idxal xərclərinin yüksəlməsi ilə əlaqədardır.
Sosioloq Elçin Bayramlının isə kərə yağı ilə bağlı fikri diqqət çəkir: “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə Rusiya, Belarus markalarının adlarını yazıb, Kremlin, Minskin şəkillərini yapışdırıb sırıyırlar camaata. Camaat da elə bilir 14-15 manata Belarus və ya Rusiya kərə yağı alır. Halbuki Belarus yağı Bakıdakı öz rəsmi dükanlarında 25 manatdır. Yalnız bağlamanın arxasında xırda hərfləri oxuyan adamlar başa düşür ki, bu əslində  Böyükşorda, filan dalanda, ya da Abşeron rayonunun Məhəmmədi kəndində fiziki şəxs filankəs tərəfindən hazırlanıb. Bu adamların ana dilimizə tüpürməsi, əcnəbi sözlərlə insanları aldatması bir yana qalsın, bəs palma və ya marqarindən düzəldilmiş bu trans yağları yeyib xərçəngə və sair ağır xəstəliklərə tutulan adamları kim müalicə edəcək? Əlbəttə ki, dövlət. Deməli, bunlar həm dövlətə zərbə vurur, həm əhaliyə. Bir aidiyyəti orqan da yoxdur ki, bunlarla məşğul ola. Qida bazarında tam anarxiya və özbaşınalıqdır. Yadda saxlayın- marketlərdə təbii qida adına heç nə yoxdur”.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Fevral 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see183

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see175

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see163

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see150

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see148

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see146

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see129

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri