Icma.az
close
up
RU
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... SƏBƏBİ NƏDİR?

Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... SƏBƏBİ NƏDİR?

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdaşımız marketlərdə müşahidələr aparıb; ekspert isə bahalaşmanın səbəblərinə aydınlıq gətirdi

Son aylarda Azərbaycanda kərə yağı qiymətlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata yüksələrək 2,3% artım göstərib.

Eyni dövrdə idxal kərə yağının qiyməti isə 19,53 manatdan 19,79 manata qalxaraq 1,3% artım olub. “Yeni Müsavat”ın əməkdaşı bir neçə marketdə olub, qiymətlərlə maraqlanıb. Qeyd edək ki, Bakıda kərə yağı qiymətləri markaya, çəkisinə və satış nöqtəsinə görə dəyişir. Nizami rayonunda yerləşən supermarketlərin birində qiymətləri öyrənirik. Misal üçün:

“President” yağı (1 kq, 82%) - 34 AZN

Türkiyə istehsalı “Pınar” yağı (1 kq) - 28.55 AZN

Almaniya istehsalı olan “Gerda” (1 kq)  isə 27.50 AZN

“Best Cow” yağı (1 kq) - 23.19 AZN

“Westgold” (1 kq) - 23.90 AZN

Zellandiyanın “Colden Crown” yağı (1 kq) -  22.90 AZN

Belarusun “BelMas” (1 kq) yağı - 22.90 AZN

“Maslo Litovskoe” (1 kq) - 21.99 AZN

“Zellandiya” yağı (1 kq) - 21.50 AZN

“Golden Crown” yağı (1 kq) - 17.90 AZN

 “Belorusskoe” (1 kq)  - 20.99 AZN

“Tulçinka” (1 kq)  - 9.28 AZN-ə satışa qoyulub. 

Göründüyü kimi, marketlərdə qiymətlər ötən aylara nisbətən xeyli artıb. Alıcılar deyir ki, qiymətlər demək olar ki, hər gün bahalaşır. Bizimlə söhbətdə Bakı sakini Zərifə Məmmədovanın sözlərinə görə, ötən ay aldığı yağın qiyməti üç dəfə artıb: “Baxın bu, ”BelMas" yağını ötən aylarda 19 manata alırdım, indi 23 manata olub. Mədəm xəstədir, hər yağı yeyə bilmirəm, ucuz yağ yeyən kimi ziyanın çəkirəm. Bu yağa öyrəşmişəm, amma az sayda gətirilir, özü də baha qiymətə. Pulumuz elə yağa çatır".

Ziyafət adlı alıcı da qiymətlərin baha olmasından şikayətləndi: “Dünən aldığımız məhsulu bu gün başqa qiymətdə görürük, belə şey olar. Bütün malların qiyməti qalxıb, amma yağın qiymətinə çata bilməz. Ən ucuz kərə yağları belə bahalaşıb. Nə edək, yaşamayaq?!”

Yeri gəlmişkən, bazarda yerli istehsalçılar və fərdi satıcılar tərəfindən təklif olunan təbii nehrə yağları da mövcuddur. Onların qiymətləri keyfiyyətə və satıcıya görə dəyişə bilər. Amma mütəxəssislərə görə nehrə yadı adı altında satılan bu yağlar da əsil deyil, işbazlar buna da əl ataraq, insanları aldadırlar.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli bizimlə söhbətdə deyib ki, kərə yağının bahalaşmasını Avropada heyvandarlıqda məhsuldarlığın azalması və dünya bazarında süd məhsullarının qiymətinin artması ilə əlaqələndirir: “Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir. Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər faktorlardır”. Ekspertə görə, keçən il 14 ay ardıcıl olaraq dünyada yağ qiymətlərində, ağartı məhsullarının qiymətlərində bahalaşma müşahidə edilib: “Yağ məhsulları ölkəmizə əsasən üç istiqamətdən idxal olunur. Birinci istiqamət Okeaniya bölgəsidir - Yeni Zelandiya və Avstraliyadan gətirilir. Orada heyvandarlıq yaxşı inkişaf edib. İkinci istiqamət isə MDB məkanıdır - Rusiya və Belarus. Üçüncü istiqamət isə Qərbi Avropa ölkələridir - Fransa, Niderlanddır. Yəni, hər üç istiqamətdə dünyada yağ qiymətlərinin bahalaşması müşahidə olundu və təbii ki, bu, bizim bazarlara da təsir göstərdi. Dünyada qiymətlər niyə bahalaşdı? Çünki tələbat çox idi. Hazırda isə stabilləşmə var. Amma bu bahalaşma uzun müddət, noyabrdan etibarən bir ildən çox davam etdi və qlobal səviyyədə təsirini göstərdi. Buna görə də bizim bazara da təsir etdi”.

Ekspertə görə 2024-cü ilin sentyabr ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (təxminən 9,5 manat) olsa da, pərakəndə satış şəbəkələrində bu məhsulun qiyməti 20,9 manata qədər yüksəlmişdir. Bu, idxal qiymətləri ilə satış qiymətləri arasında əhəmiyyətli fərqin olduğunu göstərir.

Noyabr ayında isə kərə yağının qiymətində əlavə artım qeydə alınıb. Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan “Belarus” kərə yağı, dekabr ayında 23,95 manata qədər bahalaşıb. Bu, bir ay ərzində təxminən 10% qiymət artımı deməkdir. Ümumiyyətlə, kərə yağı qiymətlərinin artması həm qlobal bazarlardakı dəyişikliklər, həm də yerli istehsal və idxal xərclərinin yüksəlməsi ilə əlaqədardır.

Sosioloq Elçin Bayramlının isə kərə yağı ilə bağlı fikri diqqət çəkir: “Zirzəmidə hazırladıqları naməlum mənşəli yağların üzərinə Rusiya, Belarus markalarının adlarını yazıb, Kremlin, Minskin şəkillərini yapışdırıb sırıyırlar camaata. Camaat da elə bilir 14-15 manata Belarus və ya Rusiya kərə yağı alır. Halbuki Belarus yağı Bakıdakı öz rəsmi dükanlarında 25 manatdır. Yalnız bağlamanın arxasında xırda hərfləri oxuyan adamlar başa düşür ki, bu əslində  Böyükşorda, filan dalanda, ya da Abşeron rayonunun Məhəmmədi kəndində fiziki şəxs filankəs tərəfindən hazırlanıb. Bu adamların ana dilimizə tüpürməsi, əcnəbi sözlərlə insanları aldatması bir yana qalsın, bəs palma və ya marqarindən düzəldilmiş bu trans yağları yeyib xərçəngə və sair ağır xəstəliklərə tutulan adamları kim müalicə edəcək? Əlbəttə ki, dövlət. Deməli, bunlar həm dövlətə zərbə vurur, həm əhaliyə. Bir aidiyyəti orqan da yoxdur ki, bunlarla məşğul ola. Qida bazarında tam anarxiya və özbaşınalıqdır. Yadda saxlayın- marketlərdə təbii qida adına heç nə yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri