Icma.az
close
up
RU
Kərə yağının gömrük rüsumu: 15 faiz artımın səbəbi nədir və qiymət qalxacaqmı?

Kərə yağının gömrük rüsumu: 15 faiz artımın səbəbi nədir və qiymət qalxacaqmı?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanda kərə yağının çox hissəsi idxal hesabına ödənilir".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev 2026-ci ildə kərə yağının gömrük rüsumunu 5%-dən 15%-ə qaldırılmasının səbəblərindən danışarkən deyib. 

O bildirib ki, idxal çoxaldıqca daxili istehsal azalır:

"Ölkədə yerli mal istehsal olunmur, bazara çıxarılmır. İdxal da bir başa xarici siyasətdən asılıdır. Bu, idxalı azaltmaq niyyəti ilə istifadə olunan mexanizmdir. Dünyada gedən proseslər bir başa qiymətlərin dəyişməsinə təsir edir. Yağı alıb ölkəyə gətirənlər ayrı-ayrı şirkətlərdir. Şirkətlər də rəqabətdən uzaqdırlar, belə olanda onlar qiyməti qaldırır. Yağı ölkəyə bir şirkət gətirirsə, ona qiyməti də özü təyin edir. Yağı ölkəyə bir neçə şirkət gətirirsə, onun qiyməti aşağı salınmalıdır. Və salınacaq da".


Əli Əlirzayev hesab edir ki, bunu tənzimləmək üçün dövlətin siyasəti olmalıdır:

"Bəzi məhsulları gətirəndə onun qiymətini aşağı salmaq kimi tendensiya olmalıdır. Bu, əhalinin yaşayış səviyyəsini və alıcılıq qabiliyyətini yüksəltmək üçündür. Azərbaycanda da qiymətlər qalxır. Hətta daxili istehsalda belə qiymətlər qalxır. Belə olanda onun gömrük rüsumu da qalxır. Çünki onun daşınma xərcləri də var. Məhsulu gətirən şəxs onu maya dəyərindən aşağı sata bilməz, dövlət işə qarışmalıdır".

Əli Əlirzayevin fikirincə, dövlət rəqabət mühiti yaratmalıdır ki, Azərbaycana məhsul gətirənlərin sayı çox olsun:

"Məhsul bir deyil, ayrı-ayrı ölkələrdən gətirilməlidir. Belə olanda qiymətlər də enəcək".

İqtisadçı Natiq Cəfərli də bu məsələyə münasibət bildirib. O, bir neçə ildir ölkədə kərə yağının qiymətinin durmadan qalxdığını deyib:


"Amma hökumət bu ildən kərə yağının gömrük rüsumunu 5%-dən 15%-ə qaldırır ki, bu da qiymətlərin avtomatik 10% civarında yenidən bahalaşmasına səbəb olacaq".

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri