Icma.az
close
up
RU
“Kərəm “Fənər”ə keçərkən fərqli açıqlama verə bilərdi”

“Kərəm “Fənər”ə keçərkən fərqli açıqlama verə bilərdi”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qalatasaray” tarixində iz buraxmış isimlərdən olan Bafetimbi Qomis İstanbul nəhənginin indiki forvardları Mauro İkardi və Viktor Osimhen, eləcə də qalmaqallı şəkildə “Fənərbaxça”ya transfer olunan Kərəm Aktürkoğlu ilə bağlı açıqlamalar verib.

Karyerasını ötən il başa vuran Qomis “Cim-Bom”da iki fərqli dönəmdə forma geyərək iki çempionluq yaşayıb və 86 rəsmi oyunda 51 qol vurub. O, klub tarixinin ən məhsuldar əcnəbi futbolçuları siyahısında 4-cü pillədədi. İkardi bu siyahıda 2-ci pillədədi (96 oyuna 66 qol) və lider George Hacidən (72) cəmi 6 qol geridədi. Osimhen (47 oyuna 40 qol) isə hazırda 6-cı pillədədi. Və ötənilki məhsuldarlığını sərgiləyə bilsə, bu mövsüm nəinki Qomisi, hətta 3-cü pillədəki Milan Baroşu (116 oyuna 61 qol) da keçəcək. “SporON” adlı “yutub” kanalına açıqlamalar verən Qomis bunları deyib:

“Düzünü desəm, “Qalatasaray”ın bu yay Osimheni daimi əsasda transfer edəcəyini düşünmürdüm. Daha öncə “Əl-Hilal”da da forma geydiyimdən onlarla əlaqələrim var idi. Məndən fikrimi soruşanda onlara düşünmədən Osimheni transfer etməyi məsləhət görmüşdüm. Onlar da mənim məsləhətimdən sonra bəzi araşdırmalar aparmış və həqiqətən də Osimheni transfer etməyin kluba faydalı olacağını düşünmüşdülər. Ancaq sonradan vəziyyət dəyişdi. Çünki “Qalatasaray”ın ciddi şəkildə Osimheni heyətdə saxlamaqda qərarlı olduğunu gördüm. Nəticə etibarilə mən menecer deyiləm. “Əl-Hilal”a, sadəcə, öz fikrimi bildirmişdim. “Qalatasaray”la da çox yaxşı münasibətlərim var. Ona görə də onların Viktoru saxlamaq istədiklərini görən kimi bu məsələdən çəkildim. İkardi məndə daha uzun müddət “Qalatasaray”da oynadı. Mənim dönəmim bir qədər qısa çəkmişdi. Müxtəlif səbəblər üzündən Türkiyədən ayrılaraq Səudiyyə Ərəbistanına yollanmışdım. Mauro ardıcıl üç il oynadı və çempionluqlar qazandı. “Qalatasaray” kimi klubda oynamaq şansı qazanmaq mənim üçün unudulmazdı. Mən əslində Türkiyəyə daha əvvəl gələ bilərdim. 2009-da “Fənərbaxça” ilə apardığım danışıqlar uğursuz alınmışdı. 2012-də “Qalatasaray” mənə yox, Qoran Pandevə üstünlük vermişdi. Bundan başqa, Uqo Almeydanın ayrıldığı mövsümdə “Beşiktaş”la da danışıqlar aparmışdım. Amma transfer alınmamışdı. Kərəm Aktürkoğlunun “Fənərbaxça”ya keçəndən sonra söylədiyi bəzi fikirlərlə razı deyiləm. Fransızlarda “səni bəsləyən əli heç vaxt vurma” kimi bir misal var. Bəzi futbolçular aşağı liqalarda oynaya-oynaya böyük klublara transfer olunur və bunun sayəsində göz önündə olmağa başlayır. Kərəmin inkişafında, bu səviyyəyə çatmasında Fatih Terimlə Okan Burukun böyük rolu var. Məncə, bu transfer zamanı daha fərqli açıqlama verə bilərdi. “Ayntraxt”a məğlubiyyətdən sonra Okan Buruk çox tənqid olundu. Bunların çoxu yersiz idi. “Liverpul” üzərində qələbədən sonra isə onu az qala dünyanın ən yaxşı məşqçisi elan etdilər. Məncə, Türkiyə futbolu naminə belə məsələlərdə fanatlar balans qurmağı bacarmalıdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:377
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri