Kərim şeytan dediyi Niyamla barışdı
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
6 ildir küsülü olan müğənnilər Kərim Abasov və Niyam Salami barışıb.
Axşam.az xəbər verir ki, hadisə "Həmin Zaur" verilişində yaşanıb. Niyam proqram zamanı müğənnilərin fotolarını sıralamaya düzərkən Kərimin şəklini birinci yerə qoyub.
Ondan sonra aparıcı Zaur Kamal K.Abasova zəng edib və Niyamın onunla barışmaq istədiyini deyib.
Kərim "Bir-birimizin nömrəsini gözəl bilirik. Harada görsək bir-birimizə "salam" verəcəyik" deyə, reaksiya verib.
N.Salami daha sonra telefonu götürərək ifaçıya "Bizim bir düşmənimiz var idi: erməni. Ondan sonra həyatda mənim üçün düşmən yoxdur. Həyatda ölüm var. Bu həyatdan aqressiya ilə o dünyaya heç nə aparmayacağıq. Günahım varsa, Allah məni öldürsün" deyə, bildirib.
Kərim "Allah bizi bağışlasın" deyə, cavab verib.
Qeyd edək ki, Kərim Niyamın onun haqqında xoşagəlməz sözlər danışdığını deyib. Kərim Niyamın ünvanına "Niyamı harada görsəm, ona ata şilləsi vuracağam" sözlərini söyləmişdi. Onlar arasında mübahisə bundan sonra başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Aprel 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















