Kərim Vəliyev: Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması uğurla davam etdirilir
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb və bu proses bu gün də uğurla davam etdirilir.
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycan müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev deyib.
O bildirib ki, Ordumuzda həyata keçirilən hərbi islahatlar qoşunlarımızın bütün imkanlarını əhəmiyyətli dərəcədə artırıb və döyüş qabiliyyətini yüksək səviyyəyə çatdırıb.
Baş Qərargahlar səviyyəsində mütəxəssislərin iştirakı ilə planlı işçi görüşlər keçirilir və intensiv danışıqlar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 Avqust 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















