Kərimovanın daha 252,5 milyon dolları geri qaytarılır
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveçrə Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın aktivlərindən daha 252,5 milyon dolları Daşkəndə qaytaracaq.
Axar.az xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
“Vəsaitlər “İşonç – 2030” trast fondu vasitəsilə Özbəkistan vətəndaşlarının rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiləcək”, - məlumatda deyilib.
Qeyd edək ki, Özbəkistan və İsveçrə 2022-ci ilin avqustunda Kərimova ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilmiş təxminən 131 milyon dolların qaytarılmasına dair ilk sazişi imzalayıb. 2025-ci ilin fevralında isə tərəflər təxminən 182 milyon dolların qaytarılması barədə daha bir razılaşma əldə ediblər. Həmin vaxtadək qaytarılan vəsaitlərin ümumi məbləği 313 milyon dollar təşkil edib.
Kərimova ilə əlaqəli müxtəlif ölkələrdə, o cümlədən Fransa, ABŞ və Latviyada yerləşən aktivlərin ümumi dəyəri təxminən 1,4 milyard dollar qiymətləndirilirdi.
Baxış sayı:35
Bu xəbər 25 Noyabr 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















