Icma.az
close
up
RU
Kəşf edilməmiş Yaşıl qızıl ımız feyxoa

Kəşf edilməmiş Yaşıl qızıl ımız feyxoa

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Etibar RƏHİMOV
Əkinçilik, yatırım və markalaşdırma mütəxəssisi

15 il əvvəl Türkiyədə bir dostumun xahişi dünyanın o başında - cənub yarımkürəsində bazar araşdırması aparmağıma səbəb oldu. Ümid edirəm ki, o araşdırmanın nəticəsi azərbaycanlı fermerlər üçün də faydalı olacaq...

lll

2011-ci ildə İzmirin subtropik bölgəsi Urlada yaşayan dostum Burhan bəy 4-5 yaşlı məhsuldar feyxoa ağacı almaq istədiyini bildirdi və bu meyvənin yetişdiyi coğrafiyadan olduğum üçün fikrimi öyrənmək istədi. O zamanlar Türkiyədə nadir tropik ağac tingləri satılmırdı. Mən də Burhan bəyə tezliklə Azərbaycandan feyxoa tingləri gətirdərək ona hədiyyə edəcəyimə söz verdim. Ancaq təəssüf ki, tinglərin bahalılığı, bəzi karqo və nəqliyyat firmalarının bürokratik maneələri üzündən bunu edə bilmədim.

Dostuma verdiyim sözü fərqli bir yolla yerinə yetirmək üçün əvvəlcə internetdə feyxoanın vətəni - Amazon meşələrinin əhatə etdiyi Kolumbiya, Braziliya və Paraqvayın axtarış saytlarını nəzərdən keçirdim. Ancaq həm ucuz qiymətə tingləri, həm də ciddi karqo şirkətini Yeni Zelandiyada tapdım. 15 gün sonra Burhan bəyin Egey dənizi sahilindəki limon bağına özü-özünü tozlandıran "Mammoth" sortundan 4 illik üç feyxoa ağacı əkdik... 

YENİ ZELANDİYADA FEYXOANIN YÜKSƏK TİCARİ POTENSİALI

Ticari dəyəri çox yüksək olduğu üçün Yeni Zelandiyada feyxoaya "Yaşıl qızıl" adı veriblər. Bu ölkədə meyvənin 2 adı var - "Feijoa" və "Ananas quavası". Alma, armud və portağaldan fərqli olaraq tez xarab olan meyvələr - feyxoa, zoğal və albalı meyvəçilik deyil, bağçılıq layihələrinə salınıb. Yeni Zelandiya məntiqi ilə 1000 kv.m-lik kiçik bağlarda yetişdirilən feyxoanın keyfiyyəti, qulluğu, emalı, bazarlanması böyük ərazilərdən alınan müvafiq ölçüdə məhsula görə daha bəhrəli və keyfiyyətli olacaq. Yəni kiçik ərazi - az zəhmət, keyfiyyətli qulluq, bol məhsul deməkdir.

lll

Yeni Zelandiyanın Tasman vilayətində feyxoa yetişdiriciliyində əsasən dovşan peyinindən istifadə olunur. Bu peyinlər "soyuq gübrə" sayılır, yəni birbaşa torpağa qarışdırıla bilər. At , inək və toyuq peyini "isti" gübrə hesab olunur və birbaşa istifadəsi bitkiyə zərər verər. Odur ki, mütləq kompostlaşdırılmalıdır. Bu isə zaman itkisidir.

5 milyon əhaliyə və 600 adaya sahib Yeni Zelandiyada feyxoadan istehsal olunan məhsulların bəziləri bunlardır:

- Spirtli və spirtsiz içkilər: araq (37%, 40%, 45%), cin, şərab, likör, pivələr (sadəcə meyvənin aroması), kvaslar, qazlı və qazsız meyvə şirələri, ev kompotları, sirkə, limonad, nektar, pəhriz smuziləri və sair.

- Qida məhsulları: püre, aromasından istifadə üçün qabığının tozu, qurudulmuş çipslər, qurudulmuş meyvə dilimləri, içki essensiyası, mürəbbə, cem, şəkər, turş və ya şirin lavaşana, sorbet, çay qarışımları, marmelad, dondurulmuş meyvələr və sair.

- Kosmetik məhsullar: kosmetik efir yağı, nəmləndirici əl-üz-ayaq kremləri, şampunlar, maye sabunlar, yuyucu vasitələr üçün aromalar, otaq və avtomobil parfümləri və sair.

lll

Feyxoanın lətli hissəsinin dondurma üçün əvəzsiz tərkib maddəsi olduğunu, bəlkə də, ən birinci Yeni zelandiyalılar kəşf ediblər. Məhsulun iç hissəsi ayrılaraq dondurulur və London, Paris, Berlin, Lüksemburq, Sinqapur, Dubay, Doha və digər şəhərlərdəki ən lüks restoranlara, otellərə göndərilir. Paketlənmiş ekzotik dondurma istehsalçıları da bu ləziz dadın sifarişçisidirlər. Uzun illər öncə Yeni zelandiyalı həmkarım Elle Hunt "The Guardian"da dərc olunmuş "Feyxoaya aşiq olmaq" başlıqlı məqaləsində ölkəsində feyxoa ixracatanın necə artdığını analiz etmişdi. Onun sözlərinə görə, xarici ölkələrdə yaşayan Yeni zelandiyalılar bu meyvələri ölkələrindən sifariş edirlər. Məqalənin müəllifi Avstraliyada 600000-lik (altı yüz minlik) Yeni Zelandiya diasporu olduğunu da yazmışdı. Lakin Çinə məhsul satmaq mümkün olmayıb, çünki bu ölkə feyxoa bazarının yüksəlişdə olduğunu anlayaraq pandemiyadan sonra Hunan əyalətində "Triumph", "Mammoth" və "Unique" feyxoa sortları tinglərini təcrübə üçün əkib.

lll

Feyxoanın qabığı ya dondurularaq, yada qurudularaq toz halına gətirilir və müxtəlif məqsədlər üçün istifadə olunur. Odur ki, Azərbaycan fermerləri bu meyvənin qabıq və lətli hissəsini ticari olaraq ayrı-ayrı dəyərləndirsələr, daha çox gəlir əldə edərlər. Fikrimcə, fermerlərimiz ixracat üçün İran, Türkiyə, Körfəz ölkələri bazarına istiqamətlənməli, oradakı dondurma istehsalçılarına meyvənin lətli hissəsini və aromalı qabıq tozunu təklif etməlidirlər.

Fermerlərimizə məsləhət edəcəyim başqa bir istiqamət də feyxoa efir yağlarının alınmasıdır. Feyxoa yağı dəri quruluğuna və yaşlanmasına səbəb olan enzimlərlə mübarizə aparır. Mikroblara, xüsusilə də göbələklərə qarşı təsirlidir.

Məsələn, ölkəmizdə lavanda bitkisindən də efir yağı alınır. Dünyada kosmetik lavanda yağının inhisarçısı Fransa, tibbi lavanda yağının alıcısı isə Almaniya və Avstriyadır. Çin, Bolqarıstan, Türkiyə kimi ölkələr bu bitkini  əkməyə təşviq edilir və adını qeyd etdiyim 3 Avropa ölkəsi onlardan ucuz xammal alır. Təkcə Burdur vilayəti hər il Fransa üçün 3000 (üç min) ton kosmetik, Almaniya və Avstriyaya üçün isə 500 (beş yüz) kiloqram tibbi lavanda yağı (sakitləşdirici, antiseptik və ağrı kəsicidir) göndərir.

Unutmayaq ki, efir yağları son məhsul deyil, xammaldır. Ucuz xammaldan bahalı məhsul əldə edən hər zaman qazanar.  

TÜRKİYƏDƏ TROPİK  MEYVƏLƏR BAZARI

Feyxoa tropik meyvə olsa da, banan kimi, subtropik iqlimdə də yetişir. Ancaq bu çox vaxt yüzfaizli nəticə vermir. İzmirdə dostumun bağında əkdiyimiz ağacın meyvələri zaman ötdükcə kiçilib, qabıqları sərtləşib, dadı dəyişib. Aldığım bilgiyə görə, bunun səbəbi feyxoanın bəzi sortlarının dəniz sahillərində, gilli və sulu ərazilərdə əkilməsidir. Məsələn, Türkiyənin subtropik Mersin və Antalya vilayətlərində yetişən bananlar tropik Hindistan, Filippin, Ekvador, Kolumbiyada yetişən meyvələrin yarısı boydadır. Bu səbəbdən Yeni zelandiyalı fermerlər feyxoanı dəniz səviyyəsindən 500-1000 metr yüksəkdə, güclü külək tutmayan ərazilərdə yetişdirməyə başlayıblar.

lll

Azərbaycanda tropik meyvələrin ixrac potensialı artdıqca bu istiqamətdə iş görən təsərrüfatların təşkilatlanması da zəruridir. Məsələn, Antalyanın Alaniya rayonu Türkiyədə ən çox tropik meyvə yetişdirilən bölgədir. Odur ki, ölkə daxilində və xaricdə fermerlərə yeni bazarlar açmaq, bu məhsulları tanıtmaq, bəzi bürokratik maneələri aradan qaldırmaq məqsədilə Antalya Ticarət Sənaye Palatası nəzdində Alaniya Tropik Meyvə Yetişdiriciləri Birliyi (türkcə: "Alanya Tropikal Meyve Üreticileri Birliği") yaradılıb.

Sovet dövründə şəhərlər arasında "qardaşlaşma" strategiyası hərtərəfli - mədəni və ticari əlaqələrin yaranıb güclənməsinə xidmət edirdi. Fikrimcə, iqtisadi baxımdan qüvvələri "Dost və ya ortaq fermer təsərrüfatları" ideyası ətrafında birləşdirmək faydalı olar.

lll

15 il əvvəl dostumun bağına feyxoa ağacı əkdiyimiz vaxt Türkiyədə bu meyvəni tanıyan çox az adam var idi. Bəlkə də, İzmirə ilk feyxoa ağacını gətirən biz olduq. Bu gün də Türkiyədə ciddi mənada feyxoa yetişdiriciliyi yoxdur. Bununla belə, KİV-in məlumatına görə, bəzi fermerlər Adanada mandarin, Orduda fındıq, Mersində nar bağlarını rentabelli olmadığı üçün qıraraq yerinə feyxoa əkirlər. Belə gedərsə, yaxın 5 ildə Türkiyə marketlərində də "Yaşıl qızıl" görə bilərik. 

MÜƏLLİFDƏN: Statistik göstəricilər və rəqəmlər Türkiyə Statistika İdarəsi (TÜİK), Türkiyə Kənd Təsərrüfatı Ticarətçiləri Assosiasiyası (TİGEM), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Qurumu, Türkiyə Ticarət-Sənaye Palataları Birliyi (TOBB), Türkiyə Patent İnstitutu (TPE), Türkiyə Gömrük və Ticarət Nazirliyi, Türk Sənayeçiləri və İşadamları Dərnəyindən (TÜSİAD) alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:453
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri