Icma.az
close
up
RU
Kəşfiyyat məlumatları İFŞA OLDU Rusiya bu tarixdə Avropaya HÜCUM EDƏCƏK SENSASİON DETALLAR

Kəşfiyyat məlumatları İFŞA OLDU Rusiya bu tarixdə Avropaya HÜCUM EDƏCƏK SENSASİON DETALLAR

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Son zamanlar Qərbdə, xüsusən də Avropada Rusiya ilə müharibənin qaçılmaz olacağı barədə fikirlər, versiyalar geniş yayılmağa başlayıb.
Baş qərargah rəisi Fabien Mandon toplanmış kəşfiyyat məlumatlarını açıqlayaraq, Rusiyanın Ukraynadan sonra Avropaya hücuma hazırlaşdığını bəyan edib.
 

Mandon mətbuata açıqlamasında Rusiyanın Ukrayna ilə müharibəni "qloballaşdırdığını" və kəşfiyyat məlumatlarına əsasən, NATO ölkələrinin mümkün hərbi əməliyyatlara hazırlaşmasının zərurili olduğunu bildirib.


General bu fonda Fransa silahlı qüvvələrinə 3-4 il ərzində toqquşmaya hazır olmaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, sözügedən məsələdə Avropada Fransa ilə yanaşı, Almaniya, Böyük Britaniya da eyni mövqedən çıxış edir. Hətta daha əvvəl NATO-nun baş katibi Mark Rutte də Rusiyanın 5 il ərzində NATO-ya hücum edə biləcəyini bildirmişdi.
 

Almaniya Birləşmiş Qüvvələr Komandanlığının komandanı general-leytenant Aleksandr Solffrank isə Rusiyanın "sabahdan etibarən" NATO-ya "məhdud hücum" etməyə qadir olduğunu bildirib.


Bu kimi açıqlamalar onu deməyə əsas verir ki, Rusiya ilə Qərb arasında real toqquşma ehtimalı böyükdür.
Belədə, görəsən Qərb-Rusiya savaşı nə vaxt başlaya bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Abutalıb Səmədovun fikrincə, ehtimal böyük olmasa da, hər halda belə bir təhlükə mövzuddur.
Ekspertin sözlərinə görə, tərəflər arasında savaş başlasa, bu bütün hallarda ancaq Rusiyanın Ukrayna üzərində tam qələbə əldə etməsindən sonra baş verəcək:
“Ukrayna müharibəsi Avropanın hərbi cəhətdən gücsüzlüyünü ortaya qoydu. Məlum oldu ki, Avropa öz təhlükəsizliyini bütünlüklə ABŞ-a bağlayıb və ordusunun sayının artması, daha yaxşı təchiz olunmasının qayğısına qalmayıb. Rusiya da bunu gördü. Belə vəziyyətdə isə Ukraynadan sonra Rusiyanın Avropa ölkələrinə də hücuma keçəcəyi ehtimalı artmağa başladı”.
Rusiya Baltikyanı ölkələrə hücum edəcək.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya Avropa və NATO ilə müharibə etmək istəsə, Fransa, Almaniyaya yox, Baltikyanı ölkələrə qarşı hücuma keçəcək:
“Ehtimal böyük olmasa da, belə bir təhlükə təbii ki, var. Ona görə də hər ehtimala qarşı NATO hazırlaşır, hərbi gücünü artırır. Bu təhlükəni nəzərə alan Avropa da öz hərbi güclərini artırmaq barədə düşünür. Ancaq bu fonda bir şeyi də nəzərə almalıyıq ki, Rusiya Ukraynada canlı qüvvə, iqtisadiyyata dəyən zərbə və beynəlxalq nüfuz baxımından böyük itkilərə məruz qalıb.
Rusiya anlayır ki, Ukraynada üzləşdiyi böyük çətinliklərin əsas səbəbi Kiyevə tələb olunan qədər yardım göstərməyən NATO ölkələridir”.
Səmədov onu da bildirdi ki, Rusiya NATO ilə müharibəyə başlasa, artıq qarşısında daha böyük gücü görəcək:
“NATO Rusiyadan xeyli güclüdür. Sadəcə olaraq, Ukraynaya tələb olunan yardım göstərilmir. Bu səbəbdən də Rusiya ağır olsa da, irəliləyə bilir”.
Rüfət Sultan, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri