Icma.az
close
up
RU
“Keşikçidağ”dakı tapıntılar Ankarada laborator şəraitdə analiz olunacaq

“Keşikçidağ”dakı tapıntılar Ankarada laborator şəraitdə analiz olunacaq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsi Ankara Restavrasiya və Konservasiya Regional Laboratoriya Müdirliyinin kimya mühəndisi, bərpaçı Sinan Asılkaralanlı və laboratoriyanın Azərbaycan üzrə əlaqələndiricisi, uzman Nərmin Baştemur “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar qoruğun inzibati binasında yaradılmış kiçik muzey tipli sərgi stendində nümayiş olunan arxeoloji artefaktlarla və qoruğun çap məhsulları ilə tanış olaraq, ərazinin müxtəlif arxeoloji dövrlərini əks etdirən tapıntılar barədə məlumat alıblar. Qoruq ərazisindən əldə olunmuş artefaktlardan nümunələr götürülərək onların material tərkibinin, mənşəyinin və istehsal texnologiyasının laborator şəraitdə müəyyənləşdirilməsi planlaşdırılır. Bu analizlər sayəsində tapıntıların dəqiq dövrləşməsi və arxeoloji kontekstdə yerinin müəyyənləşdirilməsi mümkün olacaq. Eyni zamanda, aparılacaq radiokarbon və izotop tədqiqatları gələcəkdə qoruq ərazisindəki kurqanların, məskənlərin və maddi-mədəniyyət komplekslərinin elmi əsaslarla sistemləşdirilməsinə geniş imkan yaradacaq.

Nümunə götürülməsi prosesinin genişləndirilməsi qoruğun maddi irsinin daha dolğun şəkildə sənədləşdirilməsinə, eləcə də artefaktların konservasiya və bərpa strategiyalarının dəqiq təyin edilməsinə şərait yaradacaq. Əldə olunacaq analitik nəticələr Keşikçidağ arxeoloji irsinin beynəlxalq elmi dövriyyəyə çıxarılmasına, müqayisəli tədqiqatların aparılmasına və regionun qədim mədəniyyətinin daha dərindən öyrənilməsinə töhfə verəcək.

Qonaqlar “Keşikçidağ Kurqanlar Vadisi”ndə yerləşən “Yovşanlıdərə” və “Sarıyoxuş” kurqanlarında aparılmış qazıntıların gedişi, kurqanların memarlıq xüsusiyyətləri, dəfn kameralarının quruluşu və istifadə edilən qazıntı metodologiyası ilə yaxından tanış olub, həmçinin Ceyrançöl massivində daş, torpaq və çınqıl örtüklü kurqanların yerləşmə prinsipləri, kurqan mədəniyyəti və bölgənin qədim köç marşrutları haqqında elmi fikir mübadiləsi aparıblar.

“Karvan dərəsi”, “Sarıyoxuş” və “Yovşanlıdərə” kurqanlarından əldə edilmiş insan və heyvan sümükləri, ağac nümunələri xüsusi qaydada qablaşdırılıb möhürlənərək radiokarbon və izotop analizlərinə göndərilmək üçün hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri