Icma.az
close
up
RU
Kəsilən ayağını məzardan çıxaran GENERAL!

Kəsilən ayağını məzardan çıxaran GENERAL!

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Ölkəni belə idarə etdi, sonu pis oldu

Tarix boyu liderlər təkcə qərarları və hərəkətləri ilə deyil, həm də qeyri-adi davranışları ilə diqqət çəkiblər. Bu adlardan biri də meksikalı general Antonio Lopez de Santa Annadır. Bəs necə oldu ki, həyatında dönüş nöqtəsi olan ayağını itirməsi adi müharibə yarasından siyasi manevrlərinə istiqamət verən simvolik hadisəyə çevrildi?

News24.az “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 1828-ci ildə Meksikanın mürəkkəb küçələrində fransız xəmir aşpazı Müsyö Remontelin kiçik dükanı gözlənilməz bir hadisənin mərkəzində olub. Meksikalı zabitlərin bir gecə bu xəmir dükanını qarət etdikləri iddia ediləndə bu vəziyyət adi bir soyğunçuluqdan kənara çıxdı. Remontel dükanına dəyən ziyana görə Meksika hökumətindən 60 min peso tələb edib. Bu, çörək sexinin faktiki dəyərindən onlarla dəfə çox idi. Lakin hökumət bu tələbi ədalətsiz və şişirdilmiş hesab edərək ödəməkdən imtina edib. Remontel Meksikada qanuni nəticə əldə edə bilməyəndə vəziyyəti Fransa kralı Lui-Philippe çatdırdı.

Fransa kralı nəinki öz vətəndaşlarından birini müdafiə etdi, hətta Meksikada fransızların kommersiya hüquqlarını qorumaq üçün bu hadisəni beynəlxalq məsələyə çevirdi. 600 min peso təzminat tələb olundu, lakin Meksika hökuməti də bu tələbi rədd etdi. Bunun üzərinə Fransa donanması Verakruz limanını mühasirəyə aldı. Diplomatik gərginlik tez bir zamanda hərbi qarşıdurmaya çevrildi və beləliklə, tarixə “Tort müharibəsi” kimi düşəcək müharibə başladı.

O zaman Meksika siyasətində mürəkkəb fiqur olan Antonio López de Santa Anna ictimaiyyətin gözündən düşmüşdü və hətta əvvəlki uğursuzluqlarına görə sürgünə göndərilmişdi. Lakin bu müharibə onun üçün yeni fürsət demək idi. Santa Anna Veracruzun müdafiəsini öz üzərinə götürərək milli qəhrəman olmağa ümid edirdi.

Döyüşün ən şiddətli anlarından birində fransız artilleriya atəşi Santa Annanı dizdən aşağını sındırdı. Ayağı amputasiya olundu və Santa Anna fiziki itkisini qəhrəmanlıq nağılına çevirmək üçün tez oldu. Bəs o, buna necə nail oldu?

Ayağı kəsildikdən illər sonra onun çürüyən ayağı eksqumasiya edilib və mərasimə hazır vəziyyətə gətirilib. Santa Anna bu mərasimin milli tədbirə çevrilməsini istəyirdi və buna nail oldu. Onun ayağı bəzədilmiş cənazə maşınına qoyularaq Mexikoya aparılıb. Bu səyahət zamanı ictimaiyyətin diqqətini cəlb etmək üçün möhtəşəm və diqqətəlayiq bir yürüş təşkil edilib.

Kəsilən ayaq Mexikoya çatanda mərasimlə onu basdırmağa başlayıblar. Bu qeyri-adi hadisədə top atışları edildi. Qəhrəmanlıq şeirləri oxundu, xalq öz liderlərinin fədakarlığına bir daha şahid oldu. Əslində, bu mərasim təkcə keçmiş itki ilə vidalaşmaq deyil, həm də ictimaiyyətin Santa Annaya milli qəhrəman kimi baxması üçün diqqətlə hazırlanmış əlamətdar siyasi manevr idi. Santa Anna bu tədbirlə özünü ölkəsi üçün istənilən qiyməti ödəməyə hazır bir lider kimi təqdim etməyi qarşısına məqsəd qoyub və uğur qazanıb. Dəfn mərasimi ilə fədakarlığını vurğulamaqla yanaşı, ictimaiyyətin rəğbətini və dəstəyini qazanmağı bacarıb.

Santa Annanın ayağı ilə vidalaşma hekayəsi möhtəşəm bir mərasimlə kulminasiya nöqtəsinə çatmış kimi görünsə də, hadisələr bitmədi. Əslində əsl dram bu hadisədən sonra başlayıb. Qısa müddətdə böyük tərif və ictimai dəstək qazanan Santa Annanın siyasi karyerasında yaşanan qarışıqlıq ictimaiyyətin ona münasibətini və yanaşmasını dəyişərək, onun dramatik tənəzzülünə yol açıb. Onun avtoritar idarəetmə tərzi və uğursuz hərbi strategiyaları zamanla ictimaiyyətin ona olan dəstəyini tamamilə itirməsinə səbəb olub.

Cəmi iki il sonra qəzəbli izdiham kütləvi etiraz aksiyası keçirərək Santa Annanın ayağına həsr olunmuş abidəni və heykəlləri sökdü. İnsanlar Santa Annaya qarşı qəzəblərini bu simvolik abidədən çıxarılan ayağı kəndirlə Mexiko küçələrində sürüyərək ifadə ediblər. Ehtiyatsız idarəetmə tərzindən və ardıcıl məğlubiyyətlərindən sonra Santa Anna “Mexico City”-ni tərk etməli olub. Santa Anna həyatının son illərini (cəmi 2 il) Mexikoda keçirdi və 1876-cı ildə, 82 yaşında tarixin tozlu səhifələrində mübahisəli şəxsiyyət kimi vəfat etdi.\\sherg.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Yanvar 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri