Icma.az
close
up
RU
“Keşlə bazarı” tam söküləcək RƏSMİ

“Keşlə bazarı” tam söküləcək RƏSMİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri Nərimanov rayonunda “Keşlə bazarı” kimi tanınan bazar söküləcək.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib.

Məlumata görə, bu, həmin ərazidə nəqliyyat sıxlığının azaldılmasında böyük rol oynayacaq yeni yolun çəkilişi ilə əlaqədardır.

Qeyd edilib ki, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədar layihənin icrasına start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində "Gənclik" və "Nərimanov" metro stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.

Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

O da bildirilib ki, şəhər əhəmiyyətli magistral küçə olacaq yolun ümumi uzunluğu 3896 metr, enləri 3,5 metr olmaqla 6 zolaqlı olacaq. Yolda 4 ədəd tunel tikintisi, 3 ədəd yeraltı piyada keçidi nəzərdə tutulub.

Qeyd edək ki, “Keşlə bazarı”nda çalışanlar onlardan yanvarın 1-dək, qısa müddətdə bazarın boşaldılmasının tələb edildiyini bildirir, alternativ yerlərin təklif olunmamasından şikayətlənir, obyektlərdəki malların satışı üçün bir neçə ay vaxta ehtiyacları olduğunu bildirirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bazar rəhbərliyinə hərə aprel ayından bu barədə xəbərdarlıq edildiyini nəzərə çatdırıb: “Tərəfimizdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu barədə həm yaşayış, həm də qeyri-yaşayış obyektlərinin sahiblərinə məlumatlar da verilib. O cümlədən Keşlə baxarının sahibinə də aprel ayından etibarən bir neçə dəfə məlumatlar verilib, xəbərdarlıq olunub ki, bazarın söküntüsü işləri həyata keçirilməklə yeni yolun inşası işləri aparılmalıdır və bu üzdən də bazar boşaldılmalıdır. Qısa müddətdə bu işləri həyata keçirilməsi ilə bağlı sonuncu xəbərdarlıq da edilib”.

Bazarın rəsmisi Emin Cabbarov deyib ki, “Keşlə bazarı”nın yol tikintisinə görə sökülməsi ilə bağlı hələ may ayından icarədarlara, satıcılara xəbərdarlıq ediblər: “Biz bazarda hamını məlumatlandırmışdıq. Sadəcə olaraq, vaxt indi yetişib. Bizdə olan məlumata görə, yanvar ayının əvvəllərində bazarın söküntüsünə başlanacaq. “Keşlə bazarı” tam söküləcək”.

O, bazar rəhbərliyi tərəfindən icarədarlara, satıcılara güzəşt olaraq son ayı yığım etməyəcəklərini açıqlayıb: “Satıcılara alternativ yerlər isə təklif etməmişik. Çünki gərək bizim özümüzdə də alternativ yer olsun ki, onlara da təklif edək”.

Qeyd edək ki, Nərimanov İcra Hakimiyyətindən bildirilib ki, yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir, söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri