Keteva qalmaqalı: Tbilisi Tehran arasında gərginlik yaranır?
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Gürcüstandakı səfiri Seyid Əli Moujani sosial şəbəkələrdə Kraliça Keteva ilə bağlı paylaşımına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə iranlı diplomata izah edilib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə qəbul edilmiş normalara riayət etməli və ev sahibi ölkənin tarixi və daxili məsələlərini şərh etməkdən çəkinməlidirlər.
Səfirin paylaşımı Tbilisi-Tehran xəttində gərginliyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, gürcü xalqı və Gürcüstan Pravoslav kilsəsi üçün Çariça Ketevanın yeri həmişə xüsusi anılıb. Bunun səbəbi isə tarixi hadisələrlə bağlıdır:
"I Şah Abbas dövründə Ketevan Şiraza gətirilib və ondan xristianlıqdan imtina etməsi tələb olunub. Şah I Abbas ona islamı qəbul edəcəyi təqdirdə azadlıq və böyük imtiyazlar vəd etsə də, Ketevan öz inancından dönməyib. Nəticədə 1624-cü il 13 sentyabrda Şirazda ağır işgəncələrlə edam edilib. İran səfiri isə bildirib ki, sözügedən hadisə başqa cür cərəyan edib. O, müəyyən dərəcədə ideoloji don geyinmiş bir tarixi hadisəyə yenidən baxmaq istəyib. İran səfirinin bu yanaşması tarixi yenidən yazmaq cəhdi kimi qiymətləndirilib”.
Müsahibimiz vurğulayıb ki, belə yanaşma Gürcüstan tərəfindən qəbul oluna bilməzdi. Ona görə də səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət ediblər:
"Əslində bu, diplomatların deyil, tarixçilərin işidir".

İlqar Vəlizadə: İran səfirinin yanaşması tarixi yenidən yazmaq cəhdi kimi qiymətləndirilib
İ.Vəlizadə hesab edir ki, tarixçilər müəyyən diskusiya çərçivəsində hansısa bir qərar qəbul edə və ya ehtimallar irəli sürə bilərlər:
"Tarixi hadisələrə siyasi don geyindirmək, bunu yenidən aktuallaşdırmaq və o dövrkü İranın addımlarına bəraət qazandırmaq nə dərəcədə real siyasətlə uzlaşır? Bu, retorik sualdır.
Bütün hallarda qeyd olunan məsələ Gürcüstan-İran münasibətlərinə o qədər də əsaslı təsir göstərməyəcək, çox güman ki. Lakin təəssüflər olsun ki, bəzən tarixi hadisələrdən siyasi alət kimi istifadə olunur. Bu isə nəticə etibarilə acınacaqlı vəziyyət yaradır”.
“Son dövlərin müharibələri, münaqişələri məhz tarixi əsaslarla başlayır. Bu cür addımlar regionda sabitliyin, normal və konstruktiv münasibətlərin yaranmasına əngəllər yaradır", - deyə İlqar Vəlizadə qeyd edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















