Icma.az
close
up
RU
Brüssel Tbilisi münasibətlərində növbəti gərginlik

Brüssel Tbilisi münasibətlərində növbəti gərginlik

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Bir vaxtlar adı Avropa İttifaqının (Aİ) genişlənmə siyasətində öncül mövqeyədək irəli çəkilən Gürcüstan hazırda  qurumun “qara siyahısı”nda yer alır. Xeyli müddətdir ki, Brüssel ilə rəsmi Tbilisi arasında münasibətlər pisləşib və hər iki tərəf bir-birini ittiham edən iddialar səsləndirir. Artıq Aİ Gürcüstana münasibətdə pul kisəsinin ağzını da bağlayıb. Belə ki, qonşu ölkəyə müxtəlif dəstək layihələrinə maliyyə tranşlarının ayrılması dayandırılıb, hətta Tbilisiyə qarşı sanksiyaların tətbiqi də müzakirə mövzusuna çevrilib.

Belə görünür ki, yaxın perspektivdə Aİ-Gürcüstan əlaqqələrində geridönüş baş verməyəcək. Bu qənaətə gəlməyə əsas verən odur ki, bir neçə gün bundan əvvəl Aİ rəsmilərindən Gürcüstana növbətii dəfə ittihamlar ünvanlanıb. Bu ittihamlarla sanki yanan odun üstünə yağ tökülüb. Rəsmi Tbilisi iradlara daha kəskin tonda cavab verib və bununla da münasibətlər yeni gərginlik mərhələsinə keçib.

Komissar Marta Kosun qıcıq doğuran müqayisəsi

İndiyədək Brüssellə rəsmi Tbilisi arasında yaşanan ixtilaflar əsas etibarı ilə Aİ-nin genişlənmə siyasəti ilə bağlı olub. Son günlərdə hər iki tərəfdən səslənən açıqlamalar isə  göstərir ki, Gürcüstan-Avropa İttifaqı münasibətlərində əsas müzakirə artıq təkcə üzvlük perspektivi ilə bağlı deyil.

Münasibətlərdə yeni gərginlik dalğasının yaranmasına səbəb Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kosun Moldovaya dair açıqlamaları olub. Bunu rəsmi Tbilisidə qıcıq doğuran müqayisə kimi səciyyələndirmək daha doğru olardı. Marta Kos bildirib ki, Moldova Aİ-yə üzvlük yolunda təsirli templə irəliləyir. Bu ölkə ilə artıq iki danışıqlar klasteri açılıb və yaxın gələcəkdə daha ikisinin açılması, ilin sonuna qədər isə bütün klasterlər üzrə danışıqların başlanması planlaşdırılır. Moldovaya bu proses çərçivəsində 157 milyon avroluq maliyyə paketinin ayrıldığı da açıqlanıb. Kos bildirib ki, Moldova üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, yalnız bu il “Artım Planı” çərçivəsində 500 milyon avrodan çox vəsait əldə edə bilər. “İstərdim ki, Gürcüstan, gürcü xalqının böyük dəstəyi ilə bu gün Moldova və Ukrayna ilə eyni səviyyədə olsun. Ölkə ilə münasibətlərimizi necə davam etdirəcəyimiz əsasən üzv dövlətlərin gələcəyə necə baxmasından asılıdır. Lakin hazırda Gürcüstanda baş verənlərin çoxu oktyabrın sonunda dərc olunacaq genişlənmə hesabatlarında öz əksini tapacaq. Bunun hansı istiqamətdə gedəcəyini təsəvvür edə bilərsiniz”, - deyə Marta Kos qeyd edib.

Tbilisidən gecikməyən cavab

Əslində, Marta Kos bu açıqlama ilə Gürcüstanın Aİ-nin genişlənmə proqramı üzrə öhdəliklərinə cavab verə bilmədiyinə işarə edir. Reallıqda isə görünən odur ki, Aİ namizəd ölkələrin öhdəliklərə əməl edib-etməməsini sırf siyasi maraqlar prizmasından dəyərləndirir. Brüsseldən gələn direktivləri müzakirəsiz qəbul edən və siyasi məqamlar da daxil olmaqla bütün tələbləri yerinə yetirən dövlətlərin qarşısında bir qayda olaraq “yaşıl işıq” yandırılır. İndiki məqamda Gürcüstanla Moldovanın müqayisəsinin aparılması bunun əyani təsdiqidir. Bu iki postsovet ölkəsinin siyasi xətti bir-birindən fərqlənir. Moldovanın hazırkı rəhbərliyi mütəmaddi olaraq anti-Rusiya ritorikasından çıxış edir və Aİ ailəsinə daxil olmaq naminə Moskva ilə körpüləri yandırmaqdan çəkinmir, bu istiqamətdə ardıcıl qaydada radikal addımlar atır.

Gürcüstanın siyasi rəhbərliyi isə fərqli yanaşma sərgiləyir. Bəli, Tbilisidə də Aİ-yə üzvlük istəyi ilə bağlı müxtəlif səviyyələrdə çoxsaylı bəyanatlar verilib və verilməkdədir. Lakin bu ölkə 2008-ci il müharibəsindən nəticə çıxarmaqla Rusiya ilə münasibətlərdə ehtiyatlı davranışlar sərgiləyir, Aİ-yə üzvlük naminə Moskvaya yönəlik radikal gedişlər etmir. Öz növbəsində Gürcüstanla Moldovanın siyasətindəki bu fərq Brüsseldə adekvat qarşılanır.

Brüsselin rəsmi Tbilisidən incik düşməsinin digər bir səbəbi son illərdə Gürcüstan parlamentində qəbul edilən ayrı-ayrı qanunlardır. Həmin qanunlar əsas etibarı ilə Gürcüstanda xarici təsirin azaldılmasını, ailə dəyərlərinin qorunmasını hədəfləyir. Brüssel isə hesab edir ki, bəhs olunan qanunlardakı kriteriyalar insan hüquqlarını, demokratiyanı məhdudlaşdırır, daha çox Rusiyanın maraqlarına cavab verir və buna görə də geri çağırılmalıdır.

Rəsmi Tbilisi isə ölkənin, xalqın milli maraqlarını əsas gətirməklə Brüsselin tələblərini yerinə yetirmir. Elə Marta Kosun son açıqlamasına Tbilisidən sərt cavab da özünü çox gözlətməyib. Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstan üçün Brüsselin “gözəl sözləri” deyil, ölkənin öz maraqları əsasdır. Onun sözlərinə görə, Gürcüstan milli maraqlara uyğun siyasət aparır və digər ölkələrlə müqayisə bu yanaşmanı dəyişmir.

Şalva Papuaşvili Parlamentlərarası İttifaqın Assambleyasındakı çıxışında xarici müdaxiləni demokratik təhlükəsizliyə ciddi və artan təhdid kimi qiymətləndirib. Bildirib ki, xarici aktorların ölkənin daxili siyasi seçimlərinə təsir göstərməsi artıq əməkdaşlıq deyil, dövlətlərin suverenliyinin pozulmasıdır. Papuaşvili deyib: “Hesab edirəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnız kağız üzərində namizəd ölkə olmaq daha yaxşıdır. Əgər Brüsselə qulaq assaydıq, Gürcüstan bu gün bir çox səbəbə görə yalnız kağız üzərində mövcud olan bir dövlətə çevrilərdi”.

Onun sözlərinə görə, Gürcüstan Brüsselə qulaq asıb Rusiya ilə gərginliyi artırsaydı, Moldova qədər iqtisadi zərər görərdi.

Məsələyə başqa prizmadan yanaşan Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski isə deyib: “Gürcüstan milli kimliyini və ənənələrini qorumaqla Avropaya inteqrasiya arasında seçim etməli deyil”.

Beləliklə, Tbilisidə hazırkı siyasi müzakirənin bir tərəfində Gürcüstanın Avropaya inteqrasiya perspektivi, digər tərəfində isə bu prosesin hansı şərtlərlə və hansı siyasi yanaşma ilə davam etdirilməsi məsələsi dayanır.

İndi əsas diqqətlər oktyabrın sonuna yönəlib. Ayın sonunda Avropa Komissiyasının Gürcüstanla bağlı növbəti genişlənmə hesabatı dərc olunacaq. Bu hesabat Tbilisi ilə Brüssel arasındakı münasibətlərin bundan sonrakı gündəminin formalaşması baxımından mühüm sənədlərdən biri kimi diqqət çəkir.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri