Icma.az
close
up
RU
Keyfiyyətsiz məhsulları kərə yağı adı ilə əhaliyə sırıyırlar QİYMƏTİ DƏ ƏL YANDIRIR

Keyfiyyətsiz məhsulları kərə yağı adı ilə əhaliyə sırıyırlar QİYMƏTİ DƏ ƏL YANDIRIR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhər sakini Məmmədkərimov İlkin İlqar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

“Hörmətli redaksiya!

Sizə kərə yağları ilə bağlı məlumat vermək istəyirəm.

Bildiyiniz kimi, son dövrlər kərə yağının qiyməti durmadan artır. Hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir. İqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında yerli istehsalın az olmasında görürlər.  Bu, tamamilə yalan və pafoslu açıqlamadan başqa bir şey deyil. Kərə yağlarının qiymətinin baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur.

Bu yaxınlarda mediada Fransanın “President” kərə yağının qiymətinin Gürcüstan və Ermənistanla müqayisədə baha olduğu haqda xəbər verilmişdir. Bunun səbəbi Gürcüstanda 30-dan çox idxalçı şirkətin ölkəyə yağ idxal etməsi və onların arasında rəqabət mühitinin olmasıdır. Nəinki Gürcüstan və Ermənistan, bütün Sovetlər Birliyi ölkələri idxaldan asılıdır və yerli istehsal çox azdır, sadəcə, bizdən fərqli olaraq onlarda rəqabət mühiti var.

Hətta iqtisadçıların dediyi kimi, yerli istehsal yetəri qədər olsa belə, əhalinin əksəriyyəti keyfiyyət məsələsinə görə etibar edib yerli istehsal olan kərə yağı almaz. Çünki hər il ölkəyə onminlərlə ton palma yağı idxal olunur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2024-cü ildə ölkəyə 65 min ton palma yağı idxal olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 42% çoxdur, yəni ölkəyə palma yağı idxalı hər il sürətlə artırılır. Belə olan halda kim zəmanət verə bilər ki, əhalinin aldığı yerli istehsal olan kərə yağına kərə yağı adı altında palma yağı qatılmayacaq?

Şəxsən mən heç vaxt evimə yerli istehsal olan kərə yağı və “Azərsun” və “Delta Group”-un guya Yeni Zellandiyadan idxal olunub burda qablaşdırdığı, halbuki Yeni Zellandiyanın özünün o yağlardan xəbəri olmadığı “Best Cow”, “Dayaruşka”, “Wellington”, “Novaya Zemilya”, “No 47” və s. yağları almaram. Elə Qida Təhlükəsizliyi Agentliyinin son dövrlər yerli istehsal olan "kərə" yağlarında apardığı yoxlamalar mənim və əhalinin əksər hissəsinin haqlı olduğunu göstərdi.

Belə ki, yerli istehsal olan əksər kərə yağlarında kərə yağı adı altında tərkibində bitki yağı olduğu üzə çıxdı. Tam əminliklə deyə bilərəm ki, Qida Təhlükəsizliyi Agentliyinin adlarını açıqlamadığı digər yerli istehsal olan kərə yağları da o vəziyyətdədir. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyinin apardığı son yoxlamalar üzə çıxardı ki, Əli Cəfərova məxsus həmin saxta kərə yağlarına nəinki kərə yağı adı altında bitki yağı qatılıb, həmçinin tərkibində bütün dünyada qadağan olunan kərə yağına ümumiyyətlə qatılması qadağan olunan “Sorbil” və “Benzol” turşuları aşkar olunub ki, bu maddələr birbaşa xərçəng xəstəliyinə səbəb olur.

Bir də bir çox supermarketlərin və idxalçı şirkətlərin Yeni Zellandiyada, Belarus və Ukraynadakı süd zavodlarında sifarişlə istehsal etdirdikləri, üzərlərinə müxtəlif adlar qoyub satdıqları yağlar da ayrı bir dərddir. Ümumdünya Səhiyyə Təşkilatının və EFSA-nın təhlükəli və kanserojan hesab etdiyi ölkəmizə isə hər il sürətlə həcmi artırılaraq idxal olunan palma yağlarının nəticəsidir ki, bu gün ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının hesabatında ürək damar xəstəliklərinə görə ilk 10-luqda yer alıb. Əvvəllər Belarusiya və Ukrayna yağları ilə Qərb ölkələrinin istehsalı olan kərə yağları arasında qiymət fərqi var idisə, yəni Belarusiya və Ukrayna kərə yağının qiyməti 10 il öncə 1 kq 13-14 manat, Qərb ölkələrinin istehsalı olan kərə yağları 16 manatdan başlayırdısa, indi isə Belarus və Ukrayna istehsalı olan yağda Qərb ölkələri istehsalı olan yağın 1 kq-ı 23 manatdan başlayır. Bir də əvvəllər Bakıda çoxlu Rusiya, Belarus süd məhsulları mağazaları var idi ki, supermarketlərdə idxalçı şirkətlərin idxal etdiyi 1 kq-ı 14 manatdan başlayan yağları Belarus mağazalarında 12-13 manata almaq mümkün idi. Bu mağazalar monopolist idxalçıların yuxusunu əməlli başlı qaçırmışdı. Həmin vaxt supermarketlərdə məcbur olub kampaniya keçirib, 1 kq-ı 12-13 manata salırdılar.

İdxalçılar nə etdilərsə, son dövrlər Bakıda Rusiya, Belarusiya mağazalarının sayı kəskin şəkildə azaldı. Hal-hazırda qalan Rusiya, Belarusiya mağazalarındakı qiymətlər elə supermarketlərdəki qiymətlərlə eynidir. Dediyim kimi, kərə yağının qiymətinin ucuzlaşması üçün indiki kimi 5-6 yox, qonşu ölkələrdəki kimi 30-40-dan çox idxalçı şirkət ölkəyə yağ idxal etməlidir. Belə olan halda həm keyfiyyət yüksələcək, həm rəqabət güclənəcək, həm də qiymətlər aşağı düşəcək. Çox təəssüf ki, 17 illik maneədən sonra ötən ilin 1 iyul tarixindən Rəqabət Məcəlləsi qüvvəyə minsə də 10 aya yaxındır ki, nəinki bu sahədə, ümumiyyətlə heç bir sahədə inhisarçılıq monopoliya ilə bağlı müsbətə doğru dəyişiklik olmayıb.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri