Icma.az
close
up
RU
Kibertəhlükəsizlik və səbəbləri: AB hesabat yayımladı

Kibertəhlükəsizlik və səbəbləri: AB hesabat yayımladı

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Süni intellekt kibertəhlükəsizlik sahəsində vəziyyəti dəyişir, həm müdafiə, həm də hücum imkanları yaradır. Bu barədə Avroba Birliyinin Kibertəhlükəsizlik Agentliyinin (ENISA) son hesabatında bildirilir. Son aylarda Avropada çoxsaylı kiberinsidentlər qeydə alınıb. Bu hadisələr təkcə hökumətlərdə deyil, ictimaiyyət arasında da cəmiyyətin kiberhücumlar qarşısında nə dərəcədə müdafiəsiz olması və qitənin gələcək kibertəhdidlərə nə qədər hazır olması ilə bağlı geniş narahatlıq yaradıb.

“Ümumi təhdid mənzərəsinə baxdıqda, vəziyyət o qədər də ürəkaçan deyil”, – deyə ENISA-nın icraçı direktoru Juhan Lepassaar bugünkü mətbuat konfransında bildirib. Son insidentlər arasında hakerlərin hücumlarından qorunmaq üçün bir sıra AB hökumətlərinin saytlarını bağlamasına səbəb olan PHP boşluğu, eləcə də köhnəlmiş proqram təminatındakı zəifliklər nəticəsində Fransada və daha səkkiz ölkədə supermarketlərdəki soyuduculara və qan banklarına qarşı həyata keçirilən kiberhücumlar var.

Kibertəhdidlər, qismən süni intellektin təsiri ilə, inkişaf edir və daha görünən xarakter alır. Bu isə təşkilatlardan süni intellekt modellərinin ən son yeniliklərini izləməyi tələb edir. Nəticədə kiberməkanda bir növ silahlanma yarışı formalaşır. “Ən qabaqcıl süni intellekt modellərindəki son inkişaflar, eləcə də AB-də soyutma sistemlərinə qarşı baş verən kiberinsidentlər əməliyyat sahəsindəki boşluqları, vaxtında məlumat mübadiləsinin və koordinasiyanın vacibliyini bir daha göstərir”, – deyə Lepassaar bildirib.

ENISA süni intellekti həm hakerlərin, həm də özlərini müdafiə edən şirkətlərin zəiflikləri daha tez müəyyən etmə imkanlarını genişləndirən və sürətləndirən “güc artırıcı vasitə” kimi xarakterizə edir. Hesabatda bildirilir ki, tədqiqatçıların ümumiləşdirdiyi məlumatlara əsasən, zəifliyin aşkar edilməsi ilə ondan hücum məqsədilə istifadə olunması arasındakı müddət sıfıra yaxınlaşır. Bu isə gələcəkdə şirkətlərin sistemlər istifadəyə verildikdən sonra aşkarlanan boşluqları aradan qaldırmaq üçün ümumiyyətlə vaxtının qalmaya biləcəyini göstərir.

Eyni zamanda, hesabatda qeyd olunur ki, ən qabaqcıl süni intellekt modelləri zəifliklərin idarə olunmasına ciddi təsir göstərir və cavab tədbirləri ilə proqram yeniləmələri üçün ayrılan vaxtı azaldır. Bununla belə, şirkətlər süni intellektdən zəiflikləri əvvəlcədən yoxlamaq və hakerlər onlardan istifadə etməzdən əvvəl aradan qaldırmaq üçün yararlana bilərlər.

Hesabatda süni intellektin hakerlər tərəfindən genişmiqyaslı zəiflik axtarışında vasitə kimi istifadəsindən başqa, onların mövcud hücum alətlərini daha da təkmilləşdirəcəyi vurğulanır. Məsələn, süni intellekt alətləri hücumçulara insanları aldatmaq üçün saxta videolar, audio yazılar və mesajlardan istifadə etməklə daha inandırıcı fişinq əməliyyatları həyata keçirməyə imkan verir. Bu vasitələr, həmçinin “korporativ əməliyyatları pozmaq məqsədilə sistemlərə yanlış məlumat ötürmək” üçün istifadə oluna bilər.

Kibertəhdidlərə səbəb olan amillər

Hesabatda müəyyən edilib ki, 2025-ci ildə baş verən kiberinsidentlərin 57,3 faizi Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və Yaxın Şərqdəki münaqişə kimi geosiyasi hadisələrin təsiri ilə ideoloji motivlərə əsaslanıb. Bununla belə, bu insidentlərin əksəriyyətinin təsiri məhdud olub.

İnsidentlərin 29,3 faizi isə maliyyə məqsədləri daşıyıb. Ransomware – məlumatları şifrələyərək və ya sistemləri bloklayaraq fidyə tələb edən zərərli proqram hücumları – biznes üçün ən ciddi nəticələrə səbəb olan insident növü olaraq qalır. Hesabatda cinayətkarların ransomware və digər zərərli proqram vasitələrini asanlıqla paylaşmasının “peşəkar cinayətkar ekosistemini gücləndirdiyi” barədə xəbərdarlıq edilir.

ENISA, həmçinin dövlət qurumlarının həyata keçirdiyi hücumlara bənzər kiberəməliyyatların Avropa ölkələrinə qarşı yönəldiyini qeyd edir. Bu hücumların məqsədi kibercasusluq kampaniyaları aparmaq, kəşfiyyat məlumatları toplamaq və intellektual mülkiyyəti oğurlamaqdır. Agentliyin məlumatına görə, hücumların sayı baxımından haktivistlər üstünlük təşkil edir. Bu hücumların əksəriyyəti təsiri məhdud olan paylanmış xidmətdən imtina (DDoS) əməliyyatlarıdır.

Avropanın cavab tədbirləri nədir?

Avropa Birliyi kibertəhlükəsizliyi gücləndirmək üçün çoxsaylı qaydalar tətbiq edib. Lakin ENISA hesab edir ki, əlavə tədbirlər görülə bilər. Son dövrdə baş verən kiberinsidentlərin dalğasını nəzərə alsaq, bu qənaətlə razılaşmamaq çətindir.

Avropanın kibertəhlükəsizlik qaydalarının əsasını NIS2 Direktiv təşkil edir. Bu sənəd bütün iqtisadi sektorlardan kritik infrastrukturu qorumaq üçün rəqəmsal təhlükəsizlik tədbirləri görməyi tələb edir. Lakin 2024-cü ilin oktyabrında tətbiq olunmağa başlamasına baxmayaraq, direktivin müddəaları hələ də bütün Aİ üzv dövlətlərinin qanunvericiliyinə daxil edilməyib.

AB-nin doqquz ölkəsində soyuduculara qarşı həyata keçirilən son hücum bəzi iqtisadi sektorların kibertəhlükəsizliyində və kritik infrastrukturun müəyyənləşdirilməsində boşluqlar olduğunu üzə çıxarıb. Kibertəhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, supermarketlər kimi bir çox müəssisə bu məsələyə ənənəvi yanaşır. Onlar əsasən maliyyə təhlükəsizliyinə diqqət yetirir, internetə qoşulmuş infrastrukturu isə fərqli büdcə və prioritetlərə malik texniki xidmət qruplarının ixtiyarına buraxırlar.

Bundan başqa, 2024-cü ildə qəbul edilmiş və 2027-ci ilin dekabrında tam qüvvəyə minəcək Kiberdavamlılıq Aktı da mövcuddur. Bu sənəd məlumat mübadiləsini və koordinasiyanı sürətləndirmək məqsədilə vahid portal vasitəsilə hesabatvermə öhdəlikləri müəyyən edir.

ENISA-nın bildirdiyinə görə, ötən ilin fevralında qüvvəyə minmiş Kib həmrəylik Aktı Avropa Kibertəhlükəsizlik Xəbərdarlıq Sisteminin, Kibertəhlükəsizlik üzrə Fövqəladə Hallar Mexanizminin və Aİ Kibertəhlükəsizlik Ehtiyatının yaradılması yolu ilə İttifaqın kibertəhdidləri və insidentləri aşkar etmək, onlara hazırlaşmaq və cavab vermək imkanlarını gücləndirib.

Daha çox süni intellekt mütəxəssisi lazımdır

ENISA bildirir ki, Avropanın kibertəhlükəsizlik sahəsində tənzimləyici çərçivəsi kifayət qədər geniş olsa da, müdafiə sistemlərini idarə edəcək mütəxəssislərin çatışmazlığı ciddi problemdir. Hesabatda qeyd olunur ki, bütün sektorlardakı təşkilatlar kibertəhlükəsizlik üzrə ixtisaslı kadrları cəlb etməkdə və saxlamaqda çətinlik çəkirlər. Sənəddə 2025-ci ildə aparılmış NIS İnvestisiya Araşdırmasına istinad edilir. Araşdırmaya görə, sorğuda iştirak edən təşkilatların 45 faizi tələb olunan kibertəhlükəsizlik bacarıqlarına malik mütəxəssisləri tapmaqda çətinliklə üzləşib.

Hesabatda xəbərdarlıq edilir ki, bu vəziyyət kibertəhlükəsizlik sahəsində bacarıq çatışmazlığı yarada və məhdud sayda mütəxəssis uğrunda rəqabətdə daha varlı təşkilatlara üstünlük verə bilər. ENISA üzv dövlətləri kibertəhlükəsizlik sahəsində fəaliyyətləri genişləndirməyə və Aİ proqramlarını gücləndirməyə, bununla da mütəxəssis çatışmazlığını aradan qaldırmağa çağırır.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Noyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri