Kiborq tarakanlar insanları xilas EDƏCƏK
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avstraliyalı alimlər təbii fəlakətlər zamanı dağıntılar altında qalan insanlara yardım göstərmək üçün “kiborq tarakanlar” hazırlayıblar.
Redaktor.az xəbər verir ki, “paraborq” adlandırılan həşəratlar miniatür kamera və dərman inyeksiyası üçün qurğularla təchiz ediliblər. Onların zəlzələ və bina uçqunları zamanı xilasedicilərin daxil ola bilmədiyi dar sahələrə keçərək zərərçəkənləri müəyyənləşdirməsi və ilkin tibbi yardım göstərməsi nəzərdə tutulur.
Tarakanların hərəkəti sinir sisteminə yerləşdirilən elektrodlar vasitəsilə məsafədən idarə olunur. Sınaqlar zamanı həşəratlar müəyyən edilmiş nöqtələrə çatmaqda 100 faiz, yaxın məsafədən dərman yeritməkdə isə 95 faizə qədər uğur göstəriblər.
Alimlər gələcəkdə dağıntılara eyni vaxtda çoxsaylı kiborq tarakanın göndərilməsini planlaşdırırlar. Texnologiya ilan sancması və ağır allergik reaksiyalar zamanı zərərçəkənin həyatda qalmasına kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 27 Avqust 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















