Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Kiçik ada dövlətlərinin Sammiti maraqla qarşılandı

Kiçik ada dövlətlərinin Sammiti maraqla qarşılandı

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi beynəlxalq standartlara uyğun olaraq insan haqları sahəsində də daha şəffaf və ədalətli addımlar atır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) hər il keçirilir. Dünyanın hər yerindən dövlət və hökumət başçıları COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində birgə səylər göstərir. Hər il fərqli ölkənin ev sahibliyi etdiyi COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu - 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Bu, dünyanın ən mötəbər beynəlxalq tədbiridir, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. COP29-un paytaxtımızda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edibvə bu proses uğurla davam edir. Azərbaycan ardıcıl dörd il Qoşulmama Hərəkatına sədrlik edib. Dövlətimiz Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Bu, dünya siyasətində unikal nümunədir. COP29-un Bakıda keçirilməsi qərarı, həm də Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyini ifadə edir.

Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı çıxışına Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni bir mərhələyə daşımasından bəhs edərək başlayıb. COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır. Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan ərazilərdəndir. Bu ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşir. Prezident İlham Əliyev çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən müstəmləkə keçmişi olanlara müraciət edərək, kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin əhəmiyyətini vurğuladı. Ölkə Prezidentimiz cənab İlham Əliyev Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxdığını vurğulayıb: “Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir”.

Ölkəmizin Prezidenti qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi ekzistensial təhlükələrlə üzləşən kiçik ada dövlətlərin səsini prioritetləşdirdi, inkişaf etmiş dövlətlərə çatdırdı. Prezident İlham Əliyev həmçinin, kiçik ada ölkələrinin üzləşdiyi çağırışların aradan qaldırılmasında COP29-da Azərbaycanın göstərdiyi səylərdən də bəhs edib. Dövlət başçısı çıxışında Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramlarından da bəhs etdi. Azərbaycan iqlim dəyişiklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Bu təşəbbüslərə əlavə olaraq, ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanmışdır. Azərbaycan Qoşulmama Hərəkatının sədri olduğu dövrdə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Ölkəmizin bu səyləri, həm beynəlxalq səviyyədə, həm də regional arenada nüfuzumuzun artmasına və iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmağımıza kömək edib. Prezient İlham Əliyev çıxışı çərçivəsində Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs etdi. Karib və Sakit okean regionlarında yerləşən bəzi dırnaqarası dəniz əraziləri iqlim dəyişikliyinin ciddi təsirlərinə məruz qalıb. Fransanın və Niderlandın bu ərazilərdəki müstəmləkələri, su səviyyəsinin artması, ekstremal hava şəraiti və biomüxtəlifliyin pozulması kimi təhlükələrlə üzləşir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur.

Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bir daha nümayiş etdirdi. Hər zaman haqqın, ədalətin tərəfində olan Azərbaycan bu dəfə dünya birliyinə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim etdi.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri