Kiçik Boros və sakitlik... “Qarabağ”a İsveçdə kim “xoş gəldin” deyib?
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ” dünən gecə saatlarında İsveçə çatdı. Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda “Elfsborq”un qonağı olacaq komanda indi hazırlığın son mərhələsindədi.
Bəs “köhlən atlar” İsveçdə necə qarşılanıb? Azərbaycanın bu ölkədəki sərfirliyi, diaspor qurumları və azarkeşlər Ağdam təmsilçisiylə əlaqə yaradıbmı?
Bu suallarla “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Boros kiçik şəhərdi. Gəlib sakitcə otelimizə yerləşdik. Hansısa fərqli hadisə baş verməyib. Yəqin ki, sabah azarkeşlərimiz biletlərini əldə etmək üçün gələcəklər. Belədə görüşümüz mümkün olacaq. Amma ümumilikdə sakitlikdi”.
Xatırladaq ki, matç sabah saat 00.00-da başlayacaq.
KƏNAN BAHADIR
Baxış sayı:175
Bu xəbər 11 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















