Icma.az
close
up
RU
Kiçik əmgək, tez və ya gec bağlanan əmgək. Pediatrneonatoloqun analara tövsiyələri

Kiçik əmgək, tez və ya gec bağlanan əmgək. Pediatrneonatoloqun analara tövsiyələri

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Əmgək alnın yuxarı hissəsində təpə sümüklərinin arasında yerləşən və dəri ilə örtülü olub, sümüklə örtülü olmayan yümşaq hissəsidir.

Belə ki, o hissəyə əlimizlə toxunduğumuzda orada sümüyün olmadığını və yumşaq olduğunu hiss edirik. Əmgək bütün körpələrdə doğuşdan olur və başın böyüməsi üçün çox mühümdür. Əmgək zamanla kiçilir və müəyyən vaxtdan sonra isə tamamilə bağlanır. Bəzən müəyyən xəstəliklər səbəbi ilə əmgəkdə dəyişikliklər olur. Bu baxımdan əmgəyin ölçülərini, bağlanma zamanını və quruluşunu yaxşı bilmək lazımdır. Əgər normadan kənara çıxmalar varsa müvafiq araşdırmalar aparılmalıdır. Əgər xəstəlik varsa o zaman diaqnoz dəqiqləşdirilməlidir.
Bizim isə bu yazımızda daha çox vurğulamaq istədiyimiz istisna hallardır. Belə ki, bir çox hallarda bu istisnalar normadan kənara çıxma kimi dəyərləndirilir və bu zaman uşağa yersiz dərman müalicələri tətbiq olunur. Biz burada onlardan ən mühümlərini qeyd edəcəyik.

1. Əmgəyin ölçüləri. Normada bu rəqəm 1sm ilə 4 sm arasında dəyişir. Əgər əmgəyin ölçüləri bu aralıqdadırsa o zaman əmgəyin müalicəsindən söz gedə bilməz. Bəzən əmgəyin ölçüsü bu rəqəmlərdən bir qədər də böyük və ya balaca ola bilər. Bəs bu kimi hallarda nə etməliyik? Bu kimi hallarda körpənin baş ölçülərinə baxılmalı və müayinə edilməlidir. Əgər nəticələr normaldırsa o zaman müalicəyə də ehtiyac yoxdur. Lakin bu körpələr yaxın nəzarətdə saxlanılmalıdırlar. Bu körpələr müəyyən aralıqlarla müayinə olunmalı, başın ölçüləri davamlı izlənməlidir. Birdən gələcəkdə əmgəyi erkən bağlanar, başı kiçik olar, körpədə kəllədaxili təzyiq yaranar deyib indidən müalicələrə başlamaq doğru deyildir. Çox vaxt bu körpələrdə hər hansı bir ciddi problem olmur və əmgək bizə hər hansı bir problem yaratmır. Yox əgər müşahidələr zamanı bunun əksi müşahidə olunarsa, yalnız bu zaman müvafiq müalicələr və araşdırmalar başlanılmalıdır.

2. Əmgəyin bağlanma müddəti. Əmgək normal körpələrdə 6-18 ci ay arasında istənilən vaxtda bağlana bilər. Bəzən əmgək bir az tez və ya gec də bağlana bilər. Bu kimi hallarda körpə müayinə edilməli, baş ölçüsü və başın böyümə dinamikasına baxılmalıdır. Ehtiyac olarsa müəyyən laboratuar analizlər və ya ultrasəs müayinələr də edilə bilər. Əgər bu nəticələr normaldırsa onda hər hansı bir müalicəyə də ehtiyac yoxdur.

3. Bir məqamı da qeyd edək ki, əgər əmgək kiçikdirsə bütün dünyada belə bunu böyüdəcək hər hansı bir dərman yoxdur. Ona görə də əgər əmgək kiçikdirsə lakin körpənin baş ölçüləri normaldırsa bu zaman da heç bir müalicəyə ehtiyac yoxdur.

4. Əmgək kiçikdir, kəllə daxili təzyiq əmələ gələr deyib körpəyə müalicə başlamaq doğru deyildir. Elmi olaraq bilinir ki, kiçik əmgəklərdə belə çox vaxt kəllə daxili təzyiq əmələ gəlmir.

5. Sonradan bəlkə bir problem çıxar deyib indidən körpəyə dərman müalicəsi vermək doğru deyildir. Çünki bu bir ehtimaldir. Elə bir ehtimal ki, sonradan fəsada çevrilmə ehtimalı çox azdır. Əgər fəsad əmələ gələrsə, o zaman müalicə başlanmalıdır. Bəlkə heç bir problem çıxmadı, onda necə? Körpənin bədəninə yeridilmiş bu qədər dərman preparatlarının ağır nəticələri necə olsun? Bu məqamda tibb ehtimallar üzrə hərəkət etmir.

6. Əmgək bağlandı, daha körpənin başı böyüməyəcəkdir fikri də doğru deyildir. Çünki baş, başı təşkil edən sümüklər arasında olan tikişlər vasitəsilə böyüməyə davam edir.

7. Əgər əmgək kiçikdirsə, və ya tez bağlanırsa, baş ölçüləri də normadan kiçikdirsə bu zaman müəyyən araşdırmalar aparılmalı və yalnız bundan sonra nəticələrə uyğun olaraq müalicələr aparılmalıdır.

8. Əmgəyi “kiçik” olan körpələrdə “D” vitamininin kəsilməsi doğru deyildir. Profilaktik olaraq verilən, kiçik dozada “D” vitamininin əmgəyin erkən bağlanmasına səbəb olması mümkün deyildir.

9. Əmgəyi “genis” olanlara və ya “gec” baglananlara, “ bunlarda Raxit xəstəliyi var” deyib kurs müalicələr, kalsiyum preparatları, kor-koranə D vitamini vermək doğru deyildir. Bir çox normal körpələr vardır ki, əmgəyi genişdir və ya gec bağlanır amma raxit deyillər. Əgər raxit xəstəliyinə şübhə varsa bu zaman mütləq olaraq qan analizləri verilməlidir. Çatışmamazlıq aşkarlanarsa, yalnız bundan sonra müvafiq müalicələr verilə bilər.

10. Əmgək məsələsində ən önəmli məqam körpənin başının böyüməsi və öz yaşına uyğun olmasıdır. Burada ümumi olaraq deyə bilərik ki, əgər körpənin fiziki və nevroloji inkişafı, başın böyümə dinamikası normaldırsa, əmgəyin dəyişik variantlarının bizim üçün hec bir əhəmiyyəti yoxdur. Onu da qeyd edək ki, bu kimi hallarda körpədə patoloji bir xəstəliyin olması demək olar ki mümkünsüzdür.
Amma təbii ki, nadir də olsa əmgək ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bunu vaxtında müəyyən etmək üçün körpəni yaş dövrlərinə uyğun olaraq mütəmadi həkim müayinəsindən keçirmək lazımdır.

11. Əmgəyin gərgin olması və ya pulsasiya etməsi. Bu vəziyyət bəzi ciddi xəstəliklərin əlaməti ola bilər. Amma unudulmamalıdır ki, hətta normal körpələrdə də bəzən bu kimi hallar ola bilər. Hansı ki bu normal bir haldır və heç bir müalicəyə də ehtiyac yoxdur.
Mənim bu yazımda məxsusən vurğulamaq istədiyim bundan ibarətdir: Bir çox hallarda “əmgək” körpənin həyatı üçün hər hansı bir ciddi problem yaratmır. Lakin buna baxmayaraq körpələri aylarca davam edən müalicələrə məruz qoyurlar. Bu hal qətiyyən doğru deyildir. Əmgəyin tez və ya gec bağlanması, geniş və ya kiçik olması əksər hallarda körpələrdə hər hansı bir fəsadlara səbəb olmur. Bu elmi və eyni zamanda statistik nəticədir. Buna görə də körpələri yersiz müalicələrə məruz qoymaq doğru deyildir.

Müəllif: Altay Abdullaoğlu,

Pediatr-neonatoloq

Vib.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri